Elşad Abdullayevə daha bir zərbə – FACEBOOK ŞİRKƏTİNDƏN

0
700

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda beynəlxalq axtarışda olan Elşad Abdullayev facebook sosial şəbəkəsində qızı Aynurun fotosu altında saxta səhifə açaraq, öz çirkin məqsədləri üçün istifadə edir.

AnTV.az europanews-ch.over-blog.com saytına istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkənin mərkəzi ofisi tədbir görərək E.Abdullayevin bu səhifəsini də bağlayıb.
Sayt yazır ki, Rusya Federal Təhlükəsizlik Xidmətinin faktiki əməkdaşı olan Elşad Abdullayevə daha bir zərbə Facebook  Şirkətindən gəlib. Belə ki, Facebook Şirkəti saxta professora məxsus olan və şantaj məqsədilə istifadə etdiyi “Avropaninsesi” saytının yayılmasını bloklayıb.
Qeyd edək ki, Facebook Şirkəti bunu  Elşad Abdullayevin Fransadan Rusiya FTX -lə gizli əlaqələrinin olmasıyla əlaqələndirib. İctimaiyyət qarşısında alçalıb nifuzunu itiriən, ailə üzvləri tərəfindən tərk edilən dələduzluqda ittiham olunan E.Abdullayevin ailə üzvlərinin adına saxta facebook səhifələri açaraq tanınmış insanları təhqir etməklə məşğul olması öz təsdiqini tapıb.
Sayt bildiri ki, məhz Elşad Abdullayevin etdiyi bu cür şantaj, təhqirlərlə zəngin fəaliyyətinə görə, həyat yoldaşı və qizi onu tərk ediblər.
“Rusiya Federal TX nin, xüsusən də Avropaya yerləşdirmiş oldugu gizli agenti Elşad Abdullayev Azərbaycan və Rusiya hakimiyyət dairələriylə sıx əlaqədədır. O, adı keçən təşkilatlara mütamadi olaraq məlumat ötürür.
Buna görə Avropada yerləşən təşkilatlar dələduz Elşad Abdullayevin Fransadan birdəfəlik rədd edilməsi üçün Fransa hökümətinə müraciət hazırlanıb.
Redaksiyamıza telefonla zəng edən Türkiyə Gümhuriyyətinin vətəndaşı, dələduzluqda ittiham edilən Elşad Abdullayevlə baglı hələ ictimaiyyət tərəfindən gizli qalan cinayət faktlarını bildirdi.Hazırda bunun üzərində işləyirik. Nəticəsiylə baglı yaxın günlərdə silsilə yazılar dərc edəcik”-, deyə sayt yazır.

Qeyd edək ki, E.Abdullayevin hazırda müvəqqəti məskunlaşdığı Fransada hökümət onun barəsində edilən şikayətlər əsasında araşdırmaya başlayıb. Belə ki, dələduzluqda ittiham edilən E.Abdullayevin, əslində, Rusiya vətəndaşı olduğu sənədlərlə təsdiqlənib.
E.Abdullayev Fransadan deportasiya ediləcəyini öyrəndiyindən Azərbaycana qayıtmaq üçün məqsədyönlü fəaliyyətə başlayıb. O, sosial şəbəkədə indiyədək prezident və ailəsi haqqında yazdığı şər-böhtanları, eləcə də təhqir obyektinə çevirdiyi video-montajları səhifəsindən çıxararaq silərək, hətta prezident İ.Əliyevi guya dəstəkləyən statuslar da paylaşır.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev 2015-ci ildən beynəlxalq axtarışa verilib. Baş prokurorluğun məlumatına görə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və həmin universitetin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
İstintaq zamanı E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 min 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan 25 iyun 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.
Hazırda cinayət işi üzrə universitetin ayrı-ayrı fakültələrinə qanunsuz olaraq tələbələrin köçürülməsi, təhsil aldıqları müddətdə sessiya və yekun dövlət buraxılış imtahanlarından müvəffəqiyyət qiymətlərinin yazılması və onlara ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması ilə bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, E.Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxslərinə həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) olmadığı halda qanunsuz göstəriş verməklə İsrail vətəndaşları ilə əlbir olub cinayət əlaqəsinə girərək “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq, donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaradılmaqla hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparılmadan nağd qaydada külli miqdarda pulun alınıb dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İş üzrə universitetin və Tibb Mərkəzinin əməkdaşları, cərrahiyyə əməliyyatlarında iştirak etmiş tibb personalı şahid qismində dindirilmiş, həkim fəaliyyəti ilə bağlı məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, sənədlərin texniki-kriminalistik ekspertizaları təyin olunaraq rəylər alınmış, E.Abdullayevlə cinayət əlaqəsinə girmiş İsrail və Ukrayna vətəndaşları barəsində eyni cinayət əməllərinə dair Ukraynada həyata keçirilən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əldə olunaraq iş üzrə toplanmış digər sübutlarla birgə qiymətləndirilməklə ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 20 avqust 2013-cü il tarixdə E.Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib.

Hazırda  E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

 

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin