“Elşad Abdullayev dedi ki, kimin informasiyanı ötürdüyünü deməsən, sənin üzərinə qız qoyacağıq” -FİKRƏT HÜSEYNLİ

0
556

Hazırda Avropada mühacir həyatı yaşayan jurnalist Fikrət Hüseynli fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda beynəlxalq axtarışda olan Elşad Abdullayev haqqında sensasiya yaradan xatirələrini dərc edib.

AnTV.az Türkiyənin nüfuzlu www.tr-nyheter.com saytına istinadən F.Hüseynlinin müəllifi olduğu reportajı  təqdim edir:

“Yıxılana heç vaxt balta vurmamışam. Bu üzdən də Elşad Abdullayev və qardaşlarının tifağı dağılanda çox israrlar olsa da, bu mövzuya toxunmağa dostlara icazə vermədim. Lakin Elşad Abdullayevin özündən və nəslindən müqəddəs obrazı yaratması, həyasızcasına mənə şər atması qarşılığında bu məsələni açmağa məcburam.

1999-cu ildə “Millət” qəzetində çalışan zaman, eyni zamanda həmin dövrdə yeni nəşr edilən və baş redaktoru Zəminə Əliqızı, kommersiya redaktoru Bəxtiyar Qibləlioğlu olan “Teleskop” qəzetilə də qonorar qarşılığında əməkdaşlıq edirdim. Redaksiya tapşırığına uyğun olaraq, Azərbaycan Beynəlxalq Universitetindəki qanunsuz tələbə qəbulu, rüşvət əməliyyatlarıyla bağlı faktlara əsaslanan və elə də böyük olmayan bir yazı hazırladım.

“Teleskop” əməliyyatı

Məqalə qəzetdə dərc edilən günün sabahı (1999-cu ilin yayı, iyul ayı) işə gələrkən izlənildiyimi hiss etdim. “Teleskop”un redaksiyası onda şəhərin mərkəzində – Zərgərpalan küçəsində yerləşirdi. Mən ən azı 3 maşın tərəfindən təqib edildiyimi və təqib edənlərin məni oğurlamağa cəhd göstərdiklərini görüb, qaçaraq özümü “Teleskop” qəzetinin redaksiyasına saldım. Bu zaman iki mercedes, bir ədəd isə VAZ 009 modelli maşınlar redaksiyanın qarşısında dayandı. İçərisindən qara paltarlı, silahlı şəxslər tökülüb redaksiyaya daxil oldular. Redaksiyada təsadüfən olan azyaşlı uşağın başına silah dirəyərək onlarla getməsəm uşağı vuracaqlarını dedilər. Bildirdilər ki, onları Elşad Abdullayev göndərib. Vəziyyəti bu cür görüb bir neçə redaksiya əməkdaşının gözü önündə mercedesə oturdum. Həmin silahlı şəxslər məni Azərbaycan Beynəlxalq Universitetinin Binəqədi rayon 7-ci mikrorayonda yerləşən binasına gətirdilər. 2-ci mərtəbəyə qalxdıq. Sanki ağır cinayətkarammış kimi ən azı 10 silahlı şəxs tərəfindən əhatə olunmuşdum (sonradan bildim ki, bu şəxslər MTN-in işçiləriymiş).

Məni Elşad Abdullayevin kabinetinə gətirdilər. Otaqda 2 nəfər əlində kamera ilə məni çəkir, 1 nəfər isə fotoqraflıq edirdi. Bu tamaşanın nə olduğunu anlamırdım. Elşad Abdullayev məni gətirənlərin başçısı – qardaşı Mahir Abdullayevdən soruşdu ki, yazını yazan budurmu? O da təsdiqlədi. Stolun üzərində bir neçə adamın fotosu var idi. Silahlı şəxslər məni təhdid edirdilər ki, mənə informasiyanı həmin dövrdə Vəhdət Partiyasının fəal üzvü olan (adını unutmuşam. Jurnalist Natiq Cavadlı yəqin, xatırlayar) və ABU-da müəllim istəyən hansısa şəxsin ötürdüyünü deyim. Mən isə bundan imtina etdim. Bu zaman Elşad Abdullayev dedi ki, kimin informasiyanı ötürdüyünü deməsən, sənin üzərinə qız qoyacağıq. Mən yenə rədd elədim. Bu zaman qapı açıldı. Bir nəfər qadın üzünü-gözünü cıra-cıra mənı hücum etdi ki, mənim balamı bədbəxt etmisən. Diqqətlə baxdım və həmin qadını tanıdım. Bu qadın Qazax şəhər Bakı 99 küçəsində yaşayan, özünü falçı elan edən və bir az ruhi xəstəliyi olan İmamirə adlı qadın idi.

Mən 1997-ci ildə onun, qardaşının pensiya hüquqlarının bərpa edilməsinə kömək etmişdim, Qazax İcra Hakimiyyəti, məhz, mənim xahişimlə onların evinin damını təmir etmişdi. Qadın məni tanıdı və dönüb Elşada dedi ki, “mən bunun üzünə dura bilmərəm. Allah məni məhv edər. Biz bunun hesabına pensiya alıb yaşayırıq”. Elşad qaldı çox pərt vəziyyətdə. Nə  qədər etsələr də, qadın imtina edib ağlamağa başladı. Bu məqamda Elşad  Mahir Abdullayevə və Mahirin yanında Əli adlı bir nəfər MTN işçisinə göstəriş verdi ki, başqa adam tapsınlar mənim üzümə qoyub həbs etməyə.

İnsanov, Abdullayevin üzrü, Qibləlioğlunun vəzifəsi

Bu proseslər baş verən ərəfədə dostlardan biri səhiyyə naziri Əli İnsanovla yaxın münasibətindən istifadə edərək ona telefon açıb. Deyib ki, bəs dostumuz Fikrət Hüseynlini (Əli müəllim onda məni şəxsən tanıyırdı) Elşad Abdullayevin göstərişi və Mahir Abdullayevin başçılığı ilə MTN işçiləri oğurlayıblar. Harda olduğu bilinmir. Dostun xahişilə Əli İnsanov yaxın münasibətdə olduğu, keçmiş prezident Heydər Əliyevin qardaşı, mərhum Aqil Əliyevə telefon açıb. Ona Elşad Abdullayevin çıxartdığı hoqqadan danışıb və deyib ki, adamına de, ağıllı olsun. Jurnalisti tezliklə buraxmasalar, şəxsən Heydər Əliyevə bu barədə məlumat verəcəyəm. Bundan sonra Aqil Əliyev Elşad Abdullayevə telefon açaraq  onu o ki var, söyüb-biabır edib və tələb edib ki, Fikrət Hüseynlini oğurladıqları kimi də aparıb oğurladıqları yerə qoyub üzr istəsinlər.

Bu olaylar kənarda baş verdiyindən mənim xəbərim yox idi. Elşadın göstərişilə artıq mənim həbsimə hazırlıq getdiyi bir zamanda gördüm ki, onun telefonuna zəng gəldi. Telefona cavab verəndə düz 100 dəfə əyilən Abdullayevin “baş üstə”, “üzr istəyirəm”, “bir də belə … etmərik” sözlərini eşitdim. Danışıq bitəndən sonra məndən üzr istəyib, əlləri əsə-əsə çay gətirdilər. Təklif etdilər ki, universitetdə nə iş istəsən verərik. Elşad qayınatası, əslən Qərbi Azərbaycandan olan akademik Hüseyn Əhmədovu tez kabinetinə dəvət edib vəziyyətdən çıxmağa çalışdı. Mən onların çayını da rədd edib kabineti tərk etdim. Məni oğurlayan MTN işçiləri düz ABU-nun darvazasına qədər üzrxahlıq etdilər. Ancaq mən bu adamları cəzalandırmar fikrindəydim.
Redaksiyaya döndüm. Qəzet rəhbərliyi dedi ki, bəs, Elşad Abdullayev barış istədiyi üçün onlar bu barədə info dərc edə bilməzlər.

Bir neçə qəzetə müraciət etdim, informasiyaların dərcinin qarşısı alındı. İnformasiyaların qarşısının alınmasında göstərdiyi “xidmətlərə” görə, Elşad Abdullayev “Teleskop” qəzetinin kommersiya redaktoru Bəxtiyar Qibləlioğlunu ABU-nun mətbuat xidmətinin rəhbəri, jurnalistika fakültəsinin dekan müavini təyin etdi. Digər bir neçə alverçi jurnalist də mükafatlandırıldı.

Prokurorluqda qeyri-rəsmi söhbət…

Olayla bağlı rəsmi ərizə yazıb, hüquq-mühafizə orqanlarına müraciət etdim. Axşam saatlarında Respublika Prokurorluğunun yüksək rütbəli əməkdaşı bir MTN zabitilə məni qəbul etdi. Bildirdilər ki, Abdullayev qardaşları xüsusi xidmət orqanlarının bel sütünudur. Hamısı sistemlə gəncliklərindən məxvi əməkdaşlıq edirlər. Bu üzdən də ərizəmi geri götürməsəm, şikayət etməyə davam etsəm, məni çox pis bir aqibət gözləyir. “Bundan heç çıxış yolu yoxmu” soruşdum, “yoxdu, onları prezidentin qardaşı himayə edir. Başçıları da İlqar Əliyevdi” dedilər. Bütün bunların fonunda Azərbaycan mediasından da, hüquq-mühafizə orqanlarından da, alverçi dostlardan da inciyib düz 6 ay jurnalistikadan uzaqda gəzdim. Sonra isə yenidən mübarizəyə başlamaq qərarı verdim.

2008-ci ilə qədər susqunluğun sirri nədir?

Eyni zamanda öyrəndim ki, Abdullayevlər təkcə mənim başıma bu oyunu açmayıblar, həmin dövrdə 2-3 jurnalist də bu hoqqalara məruz qalıb. Abdullayevin yadından çıxıbsa, “Dövran” qəzetinin əməkdaşına qədər eyni murdarlığı etdiklərini yadına sala bilərəm. Bu söhbətin “N” qədər şahidləri var. Bunun qarşılığında bu adamın – Elşad Abdullayevin bu gün təmizlikdən, vicdandan, insanlıqdan danışmağa haqqı yoxdur. Onun qardaşı Mahir Abdullayev və digərləri haqq etdikləri cəzanı alırlar. Yüzlərlə, minlərlə insanların çörəyinı bais olub, şantaj edib, həbsə atdlıranların bu gün nəinki mediada görünməyə, cəmiyyət arasına çıxmağa üzləri belə olmamalıdır. Lakin bu insanlar həyasızcasına ləyaqətdən dəm vurur, onların murdar iddialarını isə hansısa maraqlar qarşısında media tirajlayır.
Məndən bu qədər. Elşad Abdullayev bir az irəli getsə, ondan niyə 2008-ci ilə qədər qardaşı barədə qəzetlərdə yazı yazılmasına qadağa qoyduğunu da yazacağam.
Fikrət Huseynli

P.S. Elşad Abullayev YAP rejiminin Avropadaki tulasıdır və mühacirlərdən məlumatlar ötürur. Onun PA-nin İƏŞ rəisi Əli Həsənov haqda yazıdgı tənqidlərin hamsı siyasi fahişəlikdir oyundur. insanlari inandirmaq ücündür

Əslində, Elşad Abdullayev Əli Həsənovun öz əl tulasıdır. Fikrət Hüseynlinin 2018 ildə Kievdə həbsi ərəfəsində Elşad Abdullayevin “haqqın.az” saytına müsahibəsi Elşad Abdullayevin həqiqətəndə Azərbaycan xüsusi xidmət organlarının agenti olmasını və Əliyev rejimi ilə sıx əlaqələrinin olmasını təstiqləyir.

Həmən müsahibəni sizə təqdim edirik https://haqqin.az/news/113295

O zaman Elşad Abdullayev kimi  kasıbın malını yeyən biri  hakimiyyətə müxalifdirsə “haqqın.az” saytına necə müsahibə verib? Elşad Abdullayevi Franyaya Rusiya FTX (FSB) yerləşdirib. Elşad Abdulleyev ailəsi ilə  Fransaya gələn zaman onlar Rusiya Federasyasının vətəndaşları olublar amma bunu Fransa hökümətinin əlaqədar qürumlarında gizlədiblər.

İkinci bir sübut. Şəkildə diktator Heydər Əliyevə yubiley keçirənlərdə Elşad Abdullayevin Moskvada yaşayan qohumları Araz və Azər Mursaliyevlərdir.

Hələ 1997 ildə Xalqdan ogurladıgı 1 milyon dollara saglıgında heykəl ucaldan pəzəvəng  Elşad Abdullayevin rejimin tulası olması hamıya aydındırmı…

Elşad Abdulleyevə məxsus pasport bilgilərini diqqətinizə çatdırırıq:

Эльшад Абдуллаев – ПАСПОРТ гражданина Российской Федерации – Абдуллаев Эльшад Ислам оглы, 25.09.54 года рождения, серия 4611, номер 175161, выдан ТП в пос. Немчиновке ОУФМС России по Московской области в Одинцовском районе 14.01.2011 г. Зарегистрирован в Одинцовском районе, Московская область, с. Марфино, дом 26 В. Загранпаспорта гражданина Российской Федерации, отбыл из серии 64, номер 3967781 .

Bundan başqa Fransa höküməti Elşad Abdullayev kimi dələduza daimi yaşama izni verməyib onu rədd edib və dələduz Elşad Abdullayev 2 dəfə məhkəməni uduzub.

Əgər şəxs bir necə ölkənin vətəndaşıdırsa, o, təqib olunduğu bir ölkədən vətəndaşı olduğu başqa bir ölkənin ərazisinə getməlidir. Həmin ölkədə təqib olunursa, vətəndaşı olduğu üçüncü ölkəyə baş vurmalıdır.
1951-ci il Konvensiyasında çox aydın qeyd olunur ki, “vətəndaşı olduğu ölkə” ifadəsi şəxsin vətəndaşı olduğu ölkələrin hər birini nəzərdə tutur. Belə şəxslər tam əsaslı ehtiyatlardan irəli gələn təqiblərdən qorunma üçün vətəndaşı olduğu başqa ölkəyə müraciət etməlidir. Şəxs heç bir həqiqi səbəb olmadan həmin ölkələrin himayəsindən istifadə etmədən və ya ikinci vətəndaşlığını gizlətməklə başqa bir ölkədən qaçqın statusu almaq üçün müraciət edirsə, onun müraciəti üzrə müsbət qərar qəbul edilməyəcək və həmin şəxs vətəndaşı olduğu başqa ölkəyə – ərazisində təqib olunması gözlənilməyən ölkəyə qaytarılacaq.
Bu məlumatın gizlədilməsi isə gələcəkdə statususn ləğv olunması üçün tam əsas hesab edilir”.

Gülnaz Qənbərli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin