Elmira Süleymanova getdi

0
1034

Səhhətində problemlərin olması barədə yazılan xəbərlər Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanı özündən çıxarıb.

AnTV.az xəbər verir ki, Elmira Süleymanova bu barədə yayılan xəbərlərə əsəbi halda reaksiya verib: “Jurnalistlər mənim səhhətimi müzakirə etməkdən yorulmadı? O qədər deyəcəksiniz ki, axırda məni xəstələndirəcəksiz. Mən bilmirəm ki, siz jurnalistlər nədən narahatsınız! Mən baxıram sizin (müəllif-jurnalistləri nəzərdə tutur) bu cür hərəkətlərinizə, adamı mat-məəttəl qoyursunuz. Mənə xaricdən də zəng edib soruşurlar ki, Elmira xanım, sizə nəsə olmayıb?! Vallah belə etmək ayıbdır!“.

Milli Məclis Ombudsmanın 2018-ci il üzrə illik məruzəsini qəbul etdikdən sonra o, xarici ölkələrdən birinə məzuniyyətə yollanıb.

Onun hansı xarici ölkəyə getdiyi məlum deyil.

Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə – 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin