Əli İnsanovun bir vaxtlar “satqın” adlandırdığı şəxslərdə birgə keçirtdiyi “Dəyirmi masa” siyasətçilərin gözündə

0
42

Bu gün Müsavat başqanı Arif Hacılının təşkilatçılığı ilə “Dəyirmi masa” keçirildi.

AnTV.az xəbər verir ki, bu gün Müsavat Partiyasında hörmətlə qarşılanan, başdan yer göstərilən bu kişi – sabiq səhiyyə naziri Əli İnsanov 20 il öncə parlamentin plenar iclaslarında indi mehribanlıqla görüşdüyü adamlara edam cəzası, güllələnmə tələb edirdi.

Elə müsavatçı funksionerlər, yazarlar da onun haqqında sərt tənqidi fikirlər səsləndirirdilər, naziri korrupsiyada, yerlibazlıqda günahlandırıdılar. (musavat.com)

Bəs tədbirə qatılmayan tanınmış siyasətçilər, ekspertlər “Dəyirmi masa”nı necə qiymətləndiriblər?

Məsələn sabiq ReAl Partiyası funksioneri Altay Göyüşov düşünür ki, iştirak edən siyasi liderləri prezident İlham Əliyev pensiyaya göndərib:

“Klassik şəkildir. Adını faciəmizin dəyirmi masası da qoymaq olar. Əli İnsanov bunlara yaraşır, bunlar da Əli İnsanova. İlham Əliyevdən xaiş etmək lazımdır ki, bunları pensiyaya göndərdiyini özlərinə xəbər eləsin. ”

Siyasi mühacir həyatı yaşayan jurnalist Laçın Məmişov da görüşü tənqid edənlər sırasındadı:

“Çuğundur müşavirəsindən isti-isti xəbərlər!

Yuxarı rayonların kolxoz sədrlərinin “Çüğündür müşavirəsi” zamanı ferma müdürü Barıqa Arif qoyunları dölə və dübarəyə doğuzdurması, ölüm kəsim adı ilə fermanı necə çapıb talama sirrlərini açıqlayır.

“İnsanamin” Veterinar aptekin baş direktoru Əli İnsanov isə qoyunlar üçün yeni kralin icad etdiyini açıqlayıb.

Lökbatanski öz növbəsində canlı efir zamanı mosta gedərək müsahibə verməyin zərruri olduğunu açıqlayıb.

Milli Strateji Dumka Mərkəzinin baş Primus düzəldəni Qəmbərov İsa isə qışlaqda qoyun yataqlarının primuslarının təmirini öz üzərinə götürüb.

Qırmızı Şəfəq Kolxozunun bisavad baş zootexniki Pənah Hüseynov da yayda arpanı satıb, pulunu bölüşdürüb, əvəzində isə qoyunlara qarpız qabığı yedizdirmə təklifini irəli sürüb. O, bilıdirib ki, belə edəcəyimiz təqdirdə 100 qoyundan 90 bala alarığ dənə…

Hikmət Hacızadə isə həmişəki kimi, “kvnşik”liyinə salıb Səlyanlılar demişkən bir az şittig eləyib.

ABŞ-dan dəyirimi masya internetlə qoşulan Maklatura Cəmil isə bildirib ki, özüm okeanın bu tayında olsam da maklaturalarım Sizinlədi. Masada məəyçündə yer saxloooOOOOoon!

Mehman Əliyev üçün isə sadəcə ayıb olsun! Heydər Əliyevi iki dəfə ölümdən qurtarmağı bəs eləmir, indi də bu ölülərin məclisinə qoşulub.

Tədbirin sonunda isə namuslu zəhmətkeşlər Aşıq Şakirin ifasında “Kolxozun” mahnısını xorla oxuyaraq rəqs ediblər. Lakin gözlədikləri kimi “İnsanamin” Veterinar aptekin baş direktoru Əli İnsanov şabah səpələməyib.”

Tanınmış jurnalist, “Azərbaycan müəllimi” qəzetinin redaktoru olmuş Jalə Mütəllimova isə yazır:

“Bu heyətlə işləməklə keçıb illərimiz. Arif Hacıyev ömür boyu oyun pozanlıq elədi. Həm də Əli Kərimli ilə didişdi. Əli bəy də eyni işi qrantla gördü. Isa bəydən çox şey umuldu, en kritik anlarda. O da aradan ustalıqla çıxdı. Pənah bəyin məhşur stenaqramını demirəm hələ. Əli Insanov isə zamanında bunların hamısının ölüb qalanını söyürdü. Indi qisas almaq niyyətindədir. Hamısının da övladı, uşağı ən bahalı ölkələrdə ən yaxşı həyatı yaşayır. Ayrı nə deyəsən ki?”

Tanınmış müsavatçı, jurnalist Röya Rafili isə başqanının iştırak etdiyi tədbiri belə qiymətləndirib:

“Daha kimi dəvət etmək olardı bu masaya görəsən? Həqiqətənmi müxalifət bu vurulmuşlara qucaq açmaqla qazandığını zənn edir? Rəzil hakimiyyətdən qopmuş ( dəqiq desək, dışlanmış) bir hissənin müxalifətə və xalqa hansı köməyi dəyə bilər ki?”

Bu kimi nümunələrdən danış, danış bitməz. Görünən odur ki, müxalifətin “Dəyirmi masa”-sı dəvət edilənlərdən deyil, iştırak edənlərdən başqa heç kimə lazım deyilmiş…

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin