Əli Əhmədov: “YAP Azərbaycan parlamentində çoxluğu qoruyub saxlaya biləcək”

0
6

“Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik. Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcəyik, namizədlərimizi irəli sürəcəyik”.

AnTV.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin reytinqinin kifayət qədər yüksək olması ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq: “Beləliklə də, YAP Azərbaycan parlamentində çoxluğu qoruyub saxlaya biləcək. Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Bununla Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da – parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin