Baş nazirin müavini diaspor təşkilatlarını tənqid edib.
“Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu yanlışdır“.
AnTV.az-ın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.
Ə.Əhmədov deyib ki, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar:
“Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur. Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək“.
AnTV.az