Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edildi

0
12

Azərbaycan Respublikası Baş Nazirinin Katibliyin rəisi vəzifəsinə təyinat olub.

AnTV.az xəbər verir ki, bu barədə Musavat.com-a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, bu vəzifəyə Ələsgər Ələsgərov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Baş Nazirin Katibliyinin rəisi Ərəstu Həbibbəyli olub.

Ə.Ələsgərov isə bu təyinata qədər Baş Nazirin köməkçisi vəzifəsində çalışıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin