Elçin İsmayıllının cəzası azaldılıb

0
28

Noyabrın 20-də Ali Məhkəmədə bir sıra media orqanları ilə əməkdaşlıq etmiş jurnalist Elçin İsmayıllının kassasiya şikayətinə baxılıb.

 AnTV.az-ın xəbərinə görə, qərara əsasən, E.İsmayıllının ittiham edildiyi 3 maddədən 2-nə – AR Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311 (rüşvət alma) maddələri ilə ittihamlara xitam verilib. Jurnalistin üzərində 182-ci maddə (hədə-qorxu ilə tələb etmə) saxlanılaraq, 7 il cəza təyin edilib.

Məhkəmədə jurnalistin vəkili Elçin Sadıqov ona qarşı ittihamların hamısının əsassız olduğunu bildirərək, bəraətverici əsaslarla onun barəsində cinayət işinə xitam verilməsini istəyib. Deyib ki, zərərçəkmiş qismində tanınan şəxslərin özləri də E.İsmayıllının onlardan hədə-qorxu ilə pul tələb etmədiyini bildiriblər.

Qeyd edək ki, İsmayıllı rayonunda yaşayan E.İsmayıllı 2017-ci il fevralın 17-də həbs olunub. O, rayondakı vəzifəli şəxslərdən barələrində rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə, rüşvət almaqda ittiham edilib. İsmayıllı rayonunun icra başçısı da cinayət işi üzrə istintaqda dindirilib.

Xatırladaq ki, E.İsmayıllı Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Şəki Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Gülnaz Qənbərli                                               

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin