“Elçibəyi siyasət gözəli kimi təqdim edənlər…” – Mirşahindən sensasion ittihamlar

0
12

Real TV-nin rəhbəri Mirşahin Ağayev müxalifət nümayəndələri və xaricdəki mühacirlərlə bağlı sərt ittihamlar səsləndirib.

AnTV.az xəbər verir ki, beynəlxalq terrorizmin tərifini izah edən M. Ağayev yuxarıda qeyd olunan şəxslərin fəaliyyətinin buna uyğun olduğunu vurğulayıb:

“Ola bilsin ki, ittiham ağır olacaq. Amma google axtarış sisteminin təqdim etdiyi ölçülərlə fotorobot düzəltsək bu beynəlxalq terrorçunun orta statik portretinin bir suyu Əli Kərimliyə, bir suyu Qənimət Zahidə, bir suyu Yunis Səfərova, bir suyu Sevinc Osmanqızına, bir suyu Qurban Məmmədova, bir suyu Orduxan Temirxana, bir suyu Tural Sadiqliyə, bir suyu Rəşad Böyükkişiyevə oxşayacaq. Bir suyu əvəzinə bir qanı da deyə bilərdik”.

Fikirlərini davam etdirən telekanal rəhbəri bildirib ki, çevriliş yolu ilə hakimiyyətə gəlmiş, üsyanla devrilmiş Elçibəy hakimiyyətinin qaragüruh qalıqlarının bu gün eyni yolla qayıdış etmək istəyinin irsi əsasları var:

“1993-cü il, iyun ayında hakimiyyətdən qovulmuş səriştəsiz və məsuliyyətsiz qrup sonradan bir neçə dəfə geri dönməyə çalışmışdı. Hər dəfə də eyni üsulla. 2003-cü ildə Prezident seçkilərindən sonra öz rüsvayçı məğlubiyyətilə razılaşmayan güruh hakimiyyəti devirməyə, zorakılıqla dövlət başına gəlməyə çalışdı, amma məğlub oldu. O zaman da mitinqlərə çağırış qara güruhun yeganə yolu idi.

Necə ki, eyni addımı 1992-ci il, mart ayının 6-da atmışdılar. Necə ki, eyni addımı 1992-ci il may ayının 15-də atmışdılar. Bu gün də qara güruhun mitinq tələbi ağılla yox, güclə qalib gəlmək təcrübəsini növbəti dəfə sınamaq cəhdidir. Ona görə mitinqlər heç bir səbəb və yekuna hesablanmır. Hətta bir qayda olaraq keyfiyyətsiz məhsul mitinqlərinin qətnaməsi belə mövcud olmur.

Hətta bir mitinqdə məsələ qoyulmur ki, növbətisində onun həllinə qayıdılsın. Qaragüruhun irəlidə gedənləri bütün olan qalan şüur qalıqlarını dağıdıcı çağırışlara cəlb edirlər. Doğruçu qızı Yalancıq Osmanqızı kanalında çıxış edənlər, Əli Kərimlinin artıq çoxdan marginallaşmış siyasi vücudu, Qənimət Zahidin ancaq uydurmaya hesablanan, 90 faizi böhtandan ibarət hədyanları əslində dövlət idarəçiliyinin mütəşəkkilliyini pozmağa çalışır.

Beynəlxalq terrorizm anlayışının göstəricilərini yerinə qoysaq onlar ictimai quruluşun təməllərini pozmaq və bu yolla hakimiyyəti öz siyasətini dəyişməyə məcbur etmək istəyirlər. Bir sıra hallarda isə hətta artıq biz dedik etdilər, məcbur etdik etdilər deyə açıq açığına terror məntiqini sübut etməyə çalışırlar.

Bu niyyət uğrunda əllərində olan internet resurslarından istifadə edirlər. Özü də üzə durmaqla. Ağ yalanla. Başa düşürəm qara güruhun populist, heç bir elmi izaha əsaslanmayan və normal məntiqə söykənməyən çıxışlarının, çağırışlarının arxasınca gedən, asan varlanmaq, bir gecədə kasıbdan varlıya dönmək istəyən, real imkanlarının yaşatdığı real vəziyyətlə barışmayaraq parlaq sabah istəyən sadəlövh avam kəsləri. Amma arabir başımızı qabağımıza qoyub fikirləşməliyik, bizə göstərilənlərə baxmalıyıq. Mütləq baxmalıyılq.

Məsələn Elçibəyi ideallar idealı, qənirsiz siyasət gözəli kimi təqdim edənlərə qulaq asdığımız kimi alternativ fikirlərlə də tanış olmalıyıq. Nə ziyanı var ki? 1993-cü ildə iyun üsyanından sonra hakimiyyətdən qaçaraq Kələkiyə sığınan Əbülfəz Elçibəyin bu addımını bizə onun vətəndaş müharibəsinə getmək istəməməsilə, qan tökmək niyyətindən uzaq olmasıyla izah edirdilər. İnananlar da var idi.

Amma indi məlum olur ki, qan tökməmək üçün hakimiyyəti buraxıb kəndinə sığınan Ali Baş komandan qiyamçı polkovnikə qarşılıqsız dəstək vermək bahasına olsa da belə hakimiyyətə gəlmək istəyib. Yenə də dövlət çevrilişi yolu ilə. 1995-ci ilin mart ayında, OMON qiyamı zamanı Rövşən Cavadovun silahdaşı və məsləhətçisi olmuş Fərman Dəmirqolun jurnalist Əvəz Zeynallıya verdiyi müsahibəyə baxmaq lazımdır mütləq. Hökmən. Orda hər kəs üçün maraqlı məlumatlar, indi açılan sirrlər var”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin