Ekspert : “Rektorlar tələbələri zəhərləyirlər” – AÇIQLAMA – ÖZƏL

0
33

Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

AnTV.az xəbər verir ki, bu ali təhsil müəssisələrinin yeməkxanaları əksər vaxtlarda tələbələri qane etmir. Tez-tez sosial media və KİV-lərdə bununla bağlı şikayətlərə rast gəlinir.

Təhsil üzrə ekspert Kamran Əsədov qeyd edir ki, universitetlər tələbələri zəhərləməklə məşğuldur:

Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, bu təhsil müəssisəsində 164 min tələbə təhsil alır. Bu kifayət qədər böyük kütlədir. Lakin universitetlərimizdə bu böyük kütləyə xidmət edən personal zəifdir. Yalnız ADAU, BDU və ADPU-da bu xidmət normaldır.

Ali təhsil müəssisələrində fəaliyyət göstərən yeməkxanalardan gələn gəlir birbaşa rektorların cibinə axır. Rektorlar tələbələri ucuz və keyfiyyətsiz qidalarla gəlir mənbəyinə çevirir, zəhərləyirlər. Aidiyyatı qurumlar təcili şəkildə monitorinqlər aparmalıdırlar”.

 

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin