Ekspert : “Direktora ya çay, ya da söz-söhbət daşıyırlar” – AÇIQLAMA – ÖZƏL

0
359

Orta məktəb şagirdinin intihar etməsinə səbəb kimi məktəb psixoloqunun fəaliyyətsizliyini göstərmək olar.

AnTV.az xəbər verir ki, artıq bir neçə gündür ki, Bakı şəhəri, 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ölkə gündəmini bu mövzuya kökləyib. Sosial şəbəkələrdə Elina Hacıyevanın bundan əvvəl bir neçə dəfə də intihar etmək istədiyi iddia olunur. Eyni zamanda, bu iddialardan biri də şagirdin digər şagirdlər tərəfindən psixoloji təzyiqlərə məruz qalmasıdır. Lakin həmin məktəbdə fəaliyyət göstərən psixoloqların şagirdlə hər hansı bir görüş keçirdiyi barədə məlumat yoxdur.

Təhsil üzrə ekspert Kamran Əsədov AnTV.az-a açıqlamasında “Azərbaycanda 4472 orta məktəbimizdə eyni sayda psixoloq fəaliyyət göstərir. Həm psixoloqların keyfiyyəti, həm də fəaliyyəti bərbaddır. Son 2 ildə artıq bir neçə şagirdin intihar etməsi xəbərini almışıq. Bu da dövlət məktəblərdə çalışan psixoloqların ixtisaslı kadr olmamasından irəli gəlmir. Bu psixoloqların bilik və bacarıqları yoxlanılmalıdır. 

Hazırda məktəb psixoloqları şagirdlərlə işləmirlər. Yalnız direktora ya çay, ya da söz-söhbət daşıyırlar” – deyə qeyd etdi.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin