Eks-spikerdən “Milli Şura”nın mitinqlərinə sərt reaksiya

0
440

“10-15 nəfər həbs ediləcək. 50 %-i bir neçə günə buraxılacaq. 30 %-i bir ay müddətində azad ediləcək. Yerdə qalanlar 3-5 il müddətində azadlıqdan məhrum ediləcək.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev “Milli Şura”-nın mitinq müraciətinə və bu müraciətlərə verilən cavabı şərh edərkən bildirib.

Eks-spiker “Milli Şura”nın ənənəvi mitinqlərə başlamağını “oyunbazlıq” hesab edərək bu variantın köhnəldiyini bildirib:

“Mitinq oyunbazlığı ilə gündəmdə qalmağın mümkün olmadığı azı 5 il bundan öncə məlum olsada, ancaq köhnə hamamın köhnə tazçıları yeni bir şey düşünə bilmir və yarıtmaz peşələrindən əl çəkmirlər. Əgər insanlar bu FRONTOVİKLƏRİN ölkədə hər hansı bir dəyişiklik edə biləcəyinə inansaydı Lökbatana yox, lap Lənkərana gedərdilər. Xaricdə yaşayan internet TV-lərin rəhbərlərinin əsas “qəhrəmanı” TV-lərdəki mənasız çıxışları ilə insanları mübarizədən uzaqlaşdırıb, artıq sıfıra çatdırmışdır. İndi yenidən hakimiyyətin ana müxalifət yaratmaq ideyasında əsas rol oynamağ istəyirlər.”

Siyasi xadim hesab edir ki, bu mitinqlər sadə vətəndaşların həbsinə hesablanıb:

“1998-ci ildən başlayan bu metod dəyişilmir, çünki hökümət də ana müxalifəti ilə yaxın səviyyələrdədir. Yenidən icazəsiz bir mitinq keçiriləcək, 10-15 nəfər həbs ediləcək. 50 %-i bir neçə günə buraxılacaq. 30 %-i bir ay müddətində azad ediləcək. Yerdə qalanlar 3-5 il müddətində azadlıqdan məhrum ediləcək. Ssenari üzrə artıq mitinqlər çox vaxt icazə verilmiş formada həmin tutulanların azad edilməsi uğrunda keçiriləcək. Hakimiyyət ona lazım olan vaxtda (həmişəki kimi) onları azad edəcək və Avropanın moladesini alacaq, müxalifət isə hakimiyyətin onlardan qorxub bu işi gördüklərini iddia edəcəklər.
20-ci əsrin əvvəlində görkəmli yazıçı Aqata Kristinin yazdığı əsərlər hələdə Londonun teatr səhnələrində oynalınır.Buna baxanda bizimkilərin çıxardığı teatr çox cəncdir. Cəmi 21 ildir. Ancaq bir fərq var. Kristinin teatrına (baxmayaraq ki, biletlər çox bahadır) həmişə anşlaqdır. Bizimkilərin pulsuz teatrına demək olar ki həmişə tamaşa zalının maksimum 20 faizini dolduran eyni adamlar azalan dinamika ilə gəlirlər.Aqata Kristinin əsərləri həmişə gəncdir.Bizimkilərin eyni ssenarili teatrında tamaşa edən insanlar qocala qocala gedirlər.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin