Eks-spiker xalqa müraciət etdi

0
236

“Hamı bir nəfər kimi mübarizənin iştirakçısı olmalıdır.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev deyib.

Eks-spiker xalqı ehtiyatlı olmağa çağırıb:

Dünyanı ağzına almış, iqtisadiyyatı sarsıtmış epidemiya hər bir vətəndaşdan bu faciəli təzahürlə ciddi mübarizə etməyi tələb edir. Bu mübarizə nədən ibarət olmalıdır soruşa bilərsiniz.

Cavab : İlk növbədə, özünüz koronavirusa tutulmamalısınız. Bu işi görmək mümkündür.Bir daha bunun üçün nə etməlisinizi yazmayacağam.

İkincisi, əgər xəstələnərsinizsə başqalarını yoluxdurmamalısınız.Mən xəstəyəmsə qoy qonşumda xəstələnsin eybəcər fikirlərdən özünüzü uzaq tutmalısınız.

3.Xəstəlik simptomları hiss edirsinizsə bəlkə keçdi düşnmədən həkimə müraciət etməlisiniz. Eyni zamanda əgər xəstə deyilsinizsə həkimə müraciət etməməlisiniz, çünki həkimə real ehtiyacı olan insanlar var.


Bu mübarizədə müxtəlif cəbhələr yoxdur. Hamı bir nəfər kimi mübarizənin iştirakçısı olmalıdır.Bu mübarizə bütün xalqın iştirak etdiyi dramatik hadisədir.Əminən ki, xalq güclü çıxacaq.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin