Eks-spiker seçki saxtakarlığından danışdı

0
68
Eks spiker Rəsul Quliyev

“Azərbaycana qarşı münasibət qismən dəyişməsə yaxın illərdə qərb liderləri nəinki Azərbaycan liderinə əl uzatmayacaqlar, üz-üzə gəlməkdən belə qaçacaqlar.”

AnTV.az xəbər verir ki, eks-spiker Rəsul Quliyev bu sözləri fevral ayında keçirilən parlament seçkilərində baş verən saxtakarlıqlara münasibət bildirərkən bildirib:

“Azərbaycanın qismən hüquqi dövlət statusu alması üçün 9 Fevral parlament seçkilərinin nəticələrinin çox böyük əhəmiyyəti vardır. Seçkiləri müşahidə edən ATƏT-in dərhal verdiyi rəy Azərbaycanı diktaturaya yaxın avtoritar rejimə çevirir. Bunun qarşısını almaq lazımdır. Azərbaycana qarşı münasibət qismən dəyişməsə yaxın illərdə qərb liderləri nəinki Azərbaycan liderinə əl verməyəcəklər, üz-üzə gəlməkdən belə qaçacaqlar. Azərbaycan, dostu kimi özünü göstərən Rusiya Federasiyası (əslində ölkəmizi fantaziyor Putin yaradacaqı imperiyasının üzvü etmək istəyir), İran, Türkiyə və Venesuela tipli ölkələrin arasında ikinci dərəcəli ölkə kimi yerini tapacaq. Xalqını sevən, onun tarixindən qürrələnən liderlər belə bir prosesin getməsinə imkan verməməlidirlər. 1828-ci və ya 1920-ci illərdəki kimi ölkəni ayaqlar altına atmamalıdırlar.

Hələki leqitimlik statusunu formalaşdırmağa start verilə bilər.

Bunun üçün:

1. MSK ən azı 15-20 biabırcasına saxtalaşdırılmış seçki dairələrinin nəticələrini ləğv etməlidir.
2. Mərkəzi Seçki komisiyasının sədri kobud qanun pozuntularına yol verdiyi üçün (Konstitusiya qanunu) işdən kənarlaşdırılmalı və cinayət işi açılmalıdır.
3. Nəticələri ləğv edilmiş seçki dairələrinin sədrləri vəzifəsindən və müəllimlik statusundan məhrum edilməlidir.
4. Seçkilər yeni MSK-nin rəhbərliyi altında keçirilməlidir.

Hörmətli hökümət lideri Azərbaycanın naminə bu addımı atın, ölkədə yaxın vaxtlarda Gürcüstan və Ermənistandanda yuxarı səviyyəli demokratiya olacağına qərbi inandırın. 10 min illik insan münasibəti formalaşdırılmasının zirvəsində insanların azad şəkildə öz hakimiyyətini yaratması durur. Hələki başqa normal ictimai münasibət konsepsiyası yoxdur.”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin