Eks-spiker Rusiya hökümətinin buraxılmasını şərh edib

0
1988
Eks-spiker Rəsul Quliyev

“Belə bir şəraitdə Azərbaycanda parlament seçkilərinin standartlara uyğun keçirilməsinin əhəmiyyəti dəfələrlə artır.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev Rusiya hökümətinin buraxılmasını şərh edib.

Sosial şəbəkə hesabından ölkədə və dünyada baş verənlərə və baş verən yeni gəlişmələrin ölkəmiz üçün müsbət və mənfi təsirləri haqqında şərh verməkdə biganə olmayan eks-spiker bu dəfə də ənənəsinə sadiq qalaraq Rusiya hökümətinin buraxılmasının Azərbaycana təsirindən danışıb.

Belə ki, R.Quliyev düşünür ki, Putin Azərbaycanda Konstituasiyanı öz xeyri üçün dəyişən İlham Əliyevdən heç də geri qalmır:

“Belarusla ittifaq yarada bilməyən Putin 2024-cü ildən sonra hakimiyyətdə qalmaq üçün konstitusiyada dəyişiklik etmək əzmindədir. Nəticədə Rusiyada ya İrandakı kimi rejim, yəni baş lider postu təsis olacaq və prezident yox həmin baş lider əsl rəhbər olacaq. Ya da Sovet dövründəki kimi polit büroya oxşar Dövlət Şurası yaradılacaq və Putin bu şuranın rəhbəri, yəni ölkənin diktatoru olacaq. Bu bir tərəfdən Azərbaycan üçün yaxşıdır. Yəni Putin Azərbaycanla ittifaq yaratmaq fikirindən əl çəkəcək. O biri tərəfdən imperiya yaratmaq ideyasında paranoikliyə çatmış bu adam hələ uzun illər bizim qonşuluğumuzda ölkəyə təcavuz etmək üçün fürsət axtaracaq.”

Sonda eks-spiker qonşu ölkədə baş verən bu dəyişikliyin Azərbaycanda keçiriləcək olan seçkiyə müsbət təsir göstərəcəyini bildirib:

“Belə bir şəraitdə Azərbaycanda parlament seçkilərinin standartlara uyğun keçirilməsinin əhəmiyyəti dəfələrlə artır.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin