Eks-spiker Rəsul Quliyevdən sərt ittihamlar!

0
6044

Eks-spiker Rəsul Quliyev Azərbaycanda mövcud hakimiyyətin güclənməsinin səbəblərini açıqladı

O, “Angela Merkellə keçirdiyi press-konfransda Prezident Əliyevin Azərbaycanı ən demokratik ölkələrdən biri olduğunu deməsi, hökümətin şəhərin mərkəzində mitinqlər keçirməyə icazə verməsini misal göstərməsi boz sifətlərə vurulmuş şillə olmalı idi, ancaq bu səhvləri anlayanlar üçün şillə ola bilərdi. Boz sifətlər rəngini dəyişməz, elə ona görə də bozdur!”

AnTv.az-ın xəbərinə görə, bu haqda hazırda Amerika Birləşmiş Ştatlarında (ABŞ) mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev sosial şəbəkədəki səhifəsində “Azərbaycanda MÖVCUD REJMİNİN GÜCLƏNMƏSİNİN SƏBƏBLƏRİ” başlıqlı statusunda belə yazıb:

“1996-2000-ci ilə qədər H.Əliyevin müxalifətin bir lider, daha doğrusu Əbülfəz Elçibəy ətrafında birləşməsinə imkan verməməsi rejimi gücləndirdi. Heydər Əliyev Əbülfəz Elçibəyin ”yetişdirmələrinin” savadsız xarakterlərindən məharətlə istifadə edərək, hərəsinə nəsə bəxş edəcəyini söz verməklə, nəinki müxalifətdən uzaqlaşdırdı, hətta Elçibəyin düşmənlərinə çevirdi…

Xalq Cəbhəsi müxtəlif qəlpələrə çevrildi, Müsavat Partiyası ondan uzaqlaşdı.

2003-cü ildən neft faktoru işə düşdü. 2007-ci ildən müxalifətin birləşməsini müxtəlif vədlərlə müxalifətçilər özləri pozdu, 2013-cü ildən Milli Şura adı altında heç kimin tanımadığı bir şəxs ”lider” seçildi və 2013-cü ildən indiki rejim leqitimləşməyə başladı.

2013-cü ildən bu günə qədər keçirilmiş mitinqlərin hamısı (500 adamdan 1500 adama qədər) addımba-addım rejimi leqitimləşdirdi.

Angela Merkellə keçirdiyi mətbuat konfransında Prezident Əliyevin Azərbaycanı ən demokratik ölkələrdən biri olduğunu deməsi, hökümətin şəhərin mərkəzində mitinqlər keçirməyə icazə verməsini misal göstərməsi boz sifətlərə vurulmuş şillə olmalı idi, ancaq bu səhvləri anlayanlar üçün şillə ola bilərdi. Boz sifətlər rəngini dəyişməz, elə ona görədə bozdur!”

Digər bir statusunda isə eks-spiker son 20 ildə Azərbaycanda baş verənlərin analiz edilməməsinin səbəblərini göstərib: MƏN ƏMİNƏM
Keçmişini mütəmadi analiz etməyən xalq inkişaf edə bilməz. Daha doğrusu keçmişi mənim kimi insanlar analiz etməlidirlər bir şərtlə, camaat bu analizlərə maraq göstərsin. Ən əsası siyasətlə məşğul olmaq istəyən gənclər yazdıqlarımla razılaşıb razılaşmamasından asılı olmayaraq tanış olmalıdır, fikirlərini bildirməlidirlər. Avropa ölkələrində hətta 300-400 il bundan öncə buraxılmış səhvlər bu gündə analiz edilir. ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun buraxdığı səhvlər bu gündə gündəmdədir. Kimlərsə Azərbaycanda son 20 ildə baş verənləri analiz etmək istəmir, az qala uzaq keçmiş hesab edir. Bu manqurtlaşmağın yuxarı formasıdır.Bu düşüncəliləri çox olan ölkənin xalqının gələcəyi ola bilməz. Xarici bərbəzəyi, müasir binaları, ən bahalı maşınları belə, ölkədə qul-ağa münasibətinin olmadığını sübut edə bilməz. Biz indiki ictimai münasibətlərlə ən azı 300 il sivil ölkələrdən geri qalırıq.Və bu gerilik gündən-günə inkişaf edir. İndiki nəsil bu siyasətlə azərbaycanlıların qonşuları gürcü və ermənilərdən (indi də 30-40 faiz aşağı səviyyədəyik) ağlasığmaz səviyyədə geri qalacağının şahidi olacaqdır. Belə bir vəziyyətin yaranmasının əsas səbəbi hökümətin apardığı antixalq siyasətidir. İkinci səbəbkar öz destruktiv hərəkətlərini qəhrəmanlıq kimi təqdim edən ”müxalifətdir”. Xalqın isə kölə kimi yaşamağa yox deməməsi hökümətin əl-əyağını açıb, nə istəyir onu da edir” deyə bildirib.

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin