Eks-spiker Rəsul Quliyevdən AXCP-Müsavata sərt ittihamlar!

0
4550

Bu barədə eks-spiker özünün sosial şəbəkədə olan rəsmi səhifəsində yazıb. O, AXCP-Müsavatı Qarabağ mitinqini pozmaq cəhdində ittiham edib.

Həmin məlum yazını olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.

Eks-spiker Rəsul Quliyev: “Qarabağın azad edilməsinə həsr edilmiş mitinq sözsüz daha izdihamlı və möhtəşəm olmalı idi…

Amma çox sevindirici haldır ki, hökümət və xüsusilə də 1998-ci ildən hökümətin agentlərinə çevrilmiş ”müxalifət” liderlərinin canfəşanlığı kütləviliyin qarşısını ala bilmədi!

Sözsüz ki, Milli Şura, AXCP və Müsavat adlanan partiyaların keçirdiyi mitinqlərlə müqayisədə əzəmətli görsənən Qarabağ mitinqi davamlı olmalıdır. Hökümət qətiyyətli addımlar atmağa məcbur edilməlidir!

AXCP və Müsavat partiyalarının fədakar sıravi üzvlərinin mitinqdə iştirak etmələri liderlərinin bir agent kimi iflasının dərinləşdiyini və daha heç nəyə yaramadıqlarının göstəricisidir. Bu vətənsevər sıravi üzvlər bugünkü addımları ilə bir daha vətən ideyasına sadiqliklərini göstərmiş oldular…

Təşkilatçılara bu mübarək haqq yolunda uğurlar arzulayır və millətimiz, ərazi bütövlüyümüz uğrunda apardıqları mübarizədə daha qətiyyətli olmalarını tövsiyyə edirəm. Yaşasın Azərbaycan!” deyə bildirib.

 

AnTV.Az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin