Eks spiker Rəsul Quliyev Rüstəm İbrahimbəyovun 80 illik yubileyini təbrik edib

0
385

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Ümummittifaq Komsomol mükafatı laureatı, SSRİ Dövlət mükafatı laureatı,  Rusiyanın Dövlət mükafatı laureatı, “Şöhrət” ordeni mükafatı laureatı kinorejissor Rüstəm İbrahimovun 80 yaşı tamam olur. 

AnTV.az xəbər verir ki, eks spiker Rəsul Quliyev bu münasibətlə kinorejissoru təbrik edib. O, təbrik məktubunu sosial şəbəkədəki hesabından R. İbrahimbəyova ünvanlayıb.

Eks spiker Rəsul Quliyev

Eks spiker kinorejissorun təkcə ölkəmizdə deyil, eləcə də Sovet İttifaqında böyük nüfuza sahib olduğunu,  həm azərbaycanlıların, həm o vaxtkı Sovet İttifaqı vətəndaşlarının həmvətəni kimi qəbul edildiyini xüsusi vurğulayıb:

“Hörmətli Rüstəm

Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edirəm. Siz Azərbaycan, ümumiyyətlə, Sovet İttifaqı məkanında hər bir şəxs tərəfindən özününkü kimi qəbul edilən, fundamenti real həyat fəlsəfəsi olan əsərlərin müəllifisiniz.”

R. İbrahimbəyova məxsus “Bir Cənub Şəhərində” filmi
“Qafqaz üçlüyü” filmi də məhz R. İbrahimbəyovun filmlərindən biridir

Müəllif R. İbrahimbəyovu Azərbaycanda klassik yaradıcılığın banisi adlandıraraq tutduğu siyasi mövqedə heç vaxt əyilmədiyini, bəzi siyasi atmosferanın dəyişməsinə daima uyğunlaşmağa çalışanlardan fərqli olaraq öz siyasi mövqeyində məğrur qaldığını xüsusi qeyd edib:

60-cı illərdə yaranmağa başlamış bu yeni yaradıcılıq strategiyası artıq klassikləşir. Siz faktiki Azərbaycanda yeni klassik yaradıcılığın banisisiniz və heç bir qüvvə sizin novator rolunuzu tarixdən silə bilməz. O vaxtdan bu günə qədər siyasi atmosferanın dəyişməsinə daima uyğunlaşmağa çalışan bir çox yaradıcı şəxslərdən fərqli olaraq Siz nə pozisiyanızı, nə də məğrur xarakterinizi dəyişməmisiniz.”

Rüstəm İbrahimbəyov

Eks spiker sonda R.İbrahimbəyovun filmlərinin bütün dövlərdə şedevr kimi qəbul ediləcəyini qeyd edib:

Sizin real həyatı təlqin edən və eyni zamanda böyük entuziazmla baxılan kinolarınız uzun müddət şedevr kimi Sovet və Azərbaycan kino industriyasını bəzəyəcək. Sizə uzun ömür və davamlı yaradıcılıq illəri arzu edirəm.” 

Rəsul Quliyevin təbrikini tam olaraq təqdim edirik:

Ek spiker Rəsul Quliyev Rüstəm İbrahimbəyovu təbrik edib

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin