Rəsul Quliyev Moskvada keçirilən seçkiləri şərh edir: 2024-cü ilə qədər Putinin hakimiyyətinin axırı çatacaq

0
832

“Putin rejimi Moskvada xalqın qəzəbindən qorxub geri çəkildi.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev Rusiyanın Moskva şəhərində keçirilən seçkiləri şərh edərkən deyib.

R.Quliyev başa çatan bu seçkiləri ölkə prezidenti Putinin fiaskosu adlandırıb:

“8 Sentyabrda Moskvada keçirilmiş seçkilər Putin avtoritizminə kifayət qədər güclü zərbə vurdu. Moskva parlamentinin 45 üzvündən 20-si müxalifət partiyalarından seçildi. Müqayisə üçün bundan əvvəlki seçkilərdə 45 deputatdan 40-ı Putinin partiyasından idi. Hökümətin əsas müxalif namizədlərin seçkilərə buraxmaması, 1500-dən artıq insanları həbs etməsinə baxmayaraq moskvalıların əksəriyyəti hakimiyyətə etiraz olaraq seçkilərə gəlmədi (cəmi 20% seçkilərdə iştirak etdi). Gələnlərin də yarısı hakimiyyət partiyasından olmayanlara səs verdi. Putin rejimi Moskvada xalqın qəzəbindən qorxub geri çəkildi.”

Eks-spiker həmçinin bu prosesin Rusiyanın digər bölgələrində də baş verəcəyinə proqnoz verib:

“Rusiyada bu proses bütün regionlarda davam edəcək, 2024-cü il seçkilərinə qədər demokratiya azı 80% bərpa olunacaq.

Xalqın mübarizəsinin nəticə verdiyini Gürcüstan, Ermənistan, Ukraina, Moldova, Qonkonqda indidə Moskvada baş verən hadisələr əyani sübut edir. Azərbaycanda xalqını arxasınca apara biləcək siyasi qüvvə, siyasi lider yoxdur. 29 ildir eyni şüarlarla camaatı bezdirənlərin səhnəni boşaldacaqlarına ümid azdır. Makro iqtisadiyyatla, mikro iqtisadiyyatın, korrupsiya ilə rüşvətin fərqini anlamayanların arxasınca heç bir yerdə heç bir xalq getməz. Adam Smitin bazar iqtisadiyyatı və Karl Marksın izafi dəyər fəlsəfəsinin fərqini anlamayan, bazar iqtisadiyyatını mazut satmaqla eyniləşdirənlərin şüarları dərin şüarlar ola bilməz. Onlar bütün çıxışlarında eyni sözləri təkrarlaya-təkrarlaya gedəcəklər. İndiyə qədər olan çıxışlar və yazıları müqayisə edin heç bir fərq tapa bilməyəcəksiniz.”

Rəsul Quliyev sosial şəbəkədə yazdığı bu fikirlərin sonunda Azərbaycandakı siyasi vəziyyətdən də söz açıb:

“Hökümət müxalifətin mağmunluğundan istifadə etməyi davam etdirsə milləti bir dəfəlik mağmun edəcək. Ona görədə başqa ölkələrdə xalqın üzərinə götürdüyü öhdəlikləri Azərbaycanda hakimiyyət öz üzərinə götürməlidir. Ən azı başlanığıc üçün Rusiyada baş verənləri Azərbaycana tətbiq etməlidir.2024-cü ilə qədər Putinin hakimiyyətinin axırı çatacaq,Azərbaycan Prezidenti axırını xaosun başlaması ilə gözləməməlidir.”

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin