Eks-spiker Rəsul Quliyev “Milli Şura”dan yazdı: Onların bəyanatları artıq istehza doğurur…”

0
117
Eks-spiker Rəsul Quliyev

“Milli Şura”-ın sədrinin 7 ildir “ver mənim 47 milyard dollarımı” çığır bağırı ancaq istehzalı gülüş doğurur.”

AnTV.az xəbər verir ki, bu sözləri Milli Məclisin sabiq spikeri, tanınmış ictimai-siyasi xadim Rəsul Quliyev deyib.

O, “Milli Şura”nın qapalı iclasında səsləndirilən qeyri-etik ifadələrə münasibət bildirərək deyib”

“Milli Şura”-ın “qapalı” iclas keçirən üzvülərinin fəlakəti buraxdıqları kobud səhflərinin anlamamasıdır. Və utanıb xəcalət çəkmədən kimlərinsə bu “qəhrəmanlara” paxıllıqlarının tutmasından, ölkədə olan yeganə müxalifəti hökümətlə əl ələ verib aradan çıxarmağa cəhd etmələrindən danışırlar. Həqiqətən bu insanların yeri psixiatrik xəstəxanadır. Nə üçün qapalı iclas keçiridiyinizi izah edin. Qoy camaat sizə bəh bəh deyib əl çalsına lal kar kimi cavab verməyəcəklər.

Kiçik alış verişdən başqa heç vaxt 15 nəfərə belə rəhbərlik etməmiş bu insanlara çox sadə dildə bəzi şeyləri başa salmaq istəyirəm. Qapalı iclas müzakirələrin gizli qalması, kimin bu iclada nələrdən danışdığının bilinməməsi üçün keçirilə bilər. Belə bir iclasın keçirilməsi sədrin və ya üzvülərin ən azı yarısının təklifi ilə keçirililməlidir. İstənilən halda qapalı iclas təşəbbüskarları belə bir iclasın keçirilməsinin səbəblərini və iclasda nələr müzakirə ediləcəyini əvvəldən iştirakçılara çatdırmalıdır.

İclasda müzakirə ediləcək məsələlər ətrafında çıxışlar olmalıdır. Mən 100 % əminəm ki, əvvəlcədən heç kim qapalı iclas keçirilməsindən xəbərdar olmayıb. Əminəm ki, iclas başlananda nə məsələnin müzakirə edilməsindən xəbərləri olmayan iştirakçılar xalqın ikrah doğuracağı məsələlərdən başlayıblar və getdikcə bir birlərini güldürmək üçün qızışıblar.

Bu iclasda iştirak edənlərin arasında əgər bir nəfər ciddi adam olsaydı,çıxışların bu istiqamətdə getməsinə imkan verməzdi. Xalq ölkədə koronovirus kimi fəlakətlə üzləşib, hökümətin camaata köməyi cüzidir, camaat ac yalavacdırsa kimin kimlə yatması yox bu vəziyyətdən çıxış yolu müzakirə olunmalı idi. Kimin belə bir çıxış etməyə şansı var idi o komandanın içərisində? Heç kimin. Ona görədə belə təklif də ortaya çıxmadı. Çünki çıxış edib xalqa köməyi artırmaq lazımdır deyirsənsə gərək finans mənbəylərini göstərəsən. “Milli Şura”-ın sədrinin 7 ildir “ver mənim 47 milyard dollarımı” çığır bağırı ancaq istehzalı gülüş doğurar.”

Şərhinin sonunda eks-spiker jurnalistlərə qarşı edilən təzyiqdən də danışıb:

“İkinci məsələ olaraq hökümətin jurnalistlərə təzyiqlərinin qarşısını almaq üçün hansı real tədbirləri görmək lazımdırı müzkirə etmək olardı. Şüarlar səsləndirmək əvəzinə real hərəkət müzakirə edilməli idi. Qurumun sədri isə təriflədikdə sevincindən az qala huşunu itirən özündən müştəbey birisidir. Bütün həyatı boyu heç kimə xeyri olmayan bivec yaşamasını heç vaxt anlamayacaq. Çünki o heç vaxt papağını qabağına qoyub bax bu həyatda mən nə etmişəm sualını özünə verməyib. Bəs yerdə qalanlar?”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin