Eks-spiker Rəsul Quliyev hakimiyyəti deşifrə etdi: “Azərbaycan diplomatları erməni işğalı ilə razılaşıb!”

0
1894

“Azərbaycan ərazilərinin işğal altında qalması, ermənilər isə bu işğalı davam etdirməsi ilə razılaşıblar.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev Avropa Şurası prezidentinin Azərbaycan və Ermənistanda keçirdiyi görüşü şərh edərkən deyib:

“Avropa Şurası prezidenti (bir neçə aydan sonra onun xidmət müddəti başa çatır) Donald Tusk Azərbaycan və Ermənistanda görüşlər keçirib.

İlham Əliyev, Donald Tusk

Avropanın Qarabağla əlaqədar 25 ildir söylədiyi standart münasibətini bildirib. Hər iki tərəf razı qalıb.  Konkret olaraq Azərbaycan ərazilərinin işğal altında qalması , ermənilər isə bu işğalı davam etdirməsi ilə razılaşıblar.

Donald Tusk, Nikol Paşinyan

Ermənilərin sevincini anlamaq olar. Bəs bu bədbaxt Azərbaycan nə üçün sevinir, hər bir vətəndaş bu suala cavab axtarmalıdır. 

Heydər Əliyev, İlham Əliyev

Prezident öz sülaləsinin ölkədə hökmranlığının 10 illərlə sürməsini davam etdirmək üçün həmişə bu torpaqların işğal altında olması ilə razılaşacaq. Cavabını tapa bilsəniz və bu torpaqlar sizin üçün əzizdirsə bu rejimə cəsarət və əzimlə “get!” deməyi bacarmalısınız.”

 

AnTV.az

 

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin