Eks-spiker Rəsul Quliyev: “Biz xəcalət çəkməliyik!”

0
3638

“Son prezident seçkisindən sonra qismən ayağa qalxan Qazax xalqı ilə müqayisədə biz xəcalət çəkməliyik.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Rəsul Quliyev Çində başlayan etiraz dalğasını şərh edərkən deyib.

Eks-spiker qeyd edib ki, Çində artıq 1 milyona yaxın insanın iştırakı ilə mitinqlər başlayıb:

“Çinin xüsusi rejimə malik olan 7 milyonluq Honq Konqun əyalətinin müxalifəti 1 milyon mitinqlə (icazə verilməmiş) başlayıb, mitinqçilərin sayını 2 milyona çatdırdı və höküməti geri çəkilməyə məcbur etdi. Çinin əhalisi 1 milyard 400 milyondur. Ordusu 10 milyondan çoxdu. Komunist partiyasının diktaturası son illər dahada güclənibdir. Ancaq Honq Konqun kütləvi mitinqinin qarşısında dayana bilmədi.”

Tanınmış siyasətçi öz şərhində Azərbaycana da toxunub:

“Azərbaycan respublikasında 1995-ci ildə qəbul edilmiş konstitusiyanı qanuni diktaturaya keçirmək, insanların hüquqlarını fundamental məhdudlaşdırmaq üçün bir sıra maddələr dəyişdirilib və əlavə edilib. Bu maddələri Honq Konqda qəbul etdirməyə çalışan cinayətkarların Çin Xalq Respublikasının başqa əyalətlərinə verilə bilər maddəsi ilə müqayisə etmək ayıb olar. Buna baxmayaraq Azərbaycan xalqı nəinki etiraz etmədi, əksinə bəh-bəhlə qəbul etdi. Mən qulam, heç bir hüququm yoxdur maddəsini qəbul etdi Azərbaycan xalqı.”

Sonda R.Quliyev qeyd edib ki,  Azərbaycan xalqı özü-özünü hazırki hakimiyyətə etiraz etmək hüququndan məhrum etdiyi üçün utanc hissi keçirməlidir:

“Son prezident seçkisindən sonra qismən ayağa qalxan Qazax xalqı ilə müqayisədə də biz xəcalət çəkməliyik.”

 

Nurlan Cəfəri

AnTV.az

 

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin