Eks-spiker Rəsul Quliyev Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib

0
426

Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Rəsul Quliyev sosial şəbəkə hesabından Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib. 

AnTV.az xəbər verir ki, Qurban bayramının tarixindən danışan eks-spiker qeyd edir:

“Qurban verməyin tarixi çox qədimdir. 10 min illərdir. Ancaq Məhəmməd Peyğəmbər bu mərasimi zirvəyə qaldırıb və insanların unutqanlığını nəzərə alıb hər il keçirilməsini tövsiyə edib. Əslində Qurban bayramı müsəlman tarixi ilə hər il eyni vaxtda qeyd olunur. Müsəlman 1 ili xristian bir ilindən 10-11 gün fərqlidir. Qurban verməyin filosofiyası sadiqlik və inamın təsdiqi filosofiyasıdır. İnsanların bir birlərinə, hökümətə inam hissilərinin zəiflədiyi, yoxa çıxdığı ölkələrdə Qurban bayramı əslində insanları mübarizəyə çağırır.”

Sonda Rəsul Quliyev Qurban bayramının mahiyyətini insanlara çatdırıb:

“Ancaq biz bu müqəddəs hadisəni kasıb adamlara bir tikə ət vermək və dinə sədaqətimizi bildirmək kimi qəbul edirik. Sizi Qurban bayramının fəlsəfəsini anlamağı arzu edirəm. Və bayramınızı təbrik edirəm.”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin