Eks-spiker Rəsul Quliyev Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib

0
22
Eks-spiker Rəsul Quliyev

“Bir daha sizin evlərinizdə səadət işığı yansın arzusu ilə yeni ilinizi təbrik edirəm.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev Azərbaycan xalqını Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edərkən bildirib.

Eks-spiker Azərbaycan xalqına ən xoş arzularını çatdırıb:

“Hər yeni il ümidlərin yenidən canlanması ili olur.2019-cu ildə arzularının çin olduğunu görmədən dünyasını dəyişmişlərin hamısına Allah rəhmət etsin. 2020-ci ildə bu cür insanların sayı azalsın.Yeni ildə hər kəsin evində səadət,xoşbəxtlik işığı yansın. Keçən il müəyyən uğur qazanmışlar bu il uğurlarını davam etdirsin. Uğursuzlar xöşbəxtlik uğrunda mübarizələrini dahada gücləndirsin. İnsanlar onları alçaldan məddahlıq yaltaqlıq naqisliklərindən azad olsunlar. 2020-ci ildə doğulanlar seçkilərdə səs vermək yaşına çatanda Azərbaycanda insanların hüquqları tam bərpa edilsin, ümumiyyətlə ölkədə saxta seçkilərin keçirilməsi ,korrupsiya , rüşvətin olduğundan heç xəbərləri olmasın, sivil ölkədə yaşamağın aksioma olduğunu qəbul etsin.18 ildən sonra belə bir ictimai siyasi vəziyyətin aksioma olmasından söhbət gedirsə bu işi 2020-dən başlamaq lazımdır.2020-ci ildə müxalifət nəhayət onun vəzifəsinin nədən ibarət olduğunu anlasın. Xalqı aldatmağıına son qoysun. Heç bir mənası olmayan həyat tərzindən əl çəksin. Səhnədə qalmaqlarından rejimi dəyişmək yox,çörək pulu qazanmaq kimi istifadə etməsinlər.

Hakimiyyət nəhayət ölkənin inkişafının yeganə yolunun demokratiya olduğunu başa düşsün demokratiya ,reformu imitasiyası etmək əvəzinə real işlərə başlasın.

Bir daha sizin evlərinizdə səadət işığı yansın arzusu ilə yeni ilinizi təbrik edirəm.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin