Gündəm

Eks-spiker Paşinyana səsləndi: "Xalqın qarşısında üzr istə və istefa ver!"

"Xalqın qarşısında üzr istə və istefa ver!"

AnTV.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Ermənistanın baş naziri Nikol Paşinyanın son çıxışını təhlil edərək çox da uzaq olmayan keçmişdən nümunələr gətirərək onu xəbərdarlıq edib.

Sabiq spiker erməni səfehliyinin əsrlər öncəyə qədər gedib çıxdığını sübutlarla göstərib:

"Ermənistan və ya erməni əsilli siyasətçilər heç vaxt normal ağıl sahibi olmayıblar. Hər halda onların ağızları köpüklənə-köpüklənə 2000 illik tarixlərinin olduğunu iddia etdikləri müddət ərzində bir ağıllı siyasətçiyə rast gəlmək mümkün deyildir! 

Ərəb xilafətliyi yaranana qədər yarısı Sasanid, yarısı Roma imperiyasının "altında" olan başqa sözlə vassalı olan Ermənistan 100 illərlə bir-birlərinə qarşı vuruşublar. 

1990-cı illərdə Argentinada erməni əsilli birisini prezident seçdilər. Bu adam havadan kredit vermək, bir sözlə moşşenik (dələduz) siyasətini Argentina reforması adlandırdı. Rusiya Federasiyası bu reformalardan istifadə etmək üçün böyük bir nümayəndə heyyəti Argentinaya göndərdi. Ancaq tətbiq etməyə vaxt tapmadılar, çünki reforma Argentina iqtisadiyyatını darmadağın etdi... O vaxtdan bu günə qədər Argentina iqtisadiyyatı yarı ölü vəziyyətdədir. 

1980-cı illərdə erməni əsilli bir dəli Livanın prezidenti oldu. İsrail bu ölkəyə qaçmış Ərəfatın silahlı terroristlərinin ardınca Livana girdi və işğal etdi. ABŞ-ın terrorist təşkilat adlandırdığı, sovetin yaratdığı erməni "ASALA" təşkilatı məhv edildi. Türkiyənin yaxası bu terroristlərdən qurtardı. İndi Paşinyan ermənilərin, onların apardığı siyasətin nəticələrini araşdırmaq istəmir və verdiyi bəyanatları ilə bu ölkəni məhvə aparır. Bu adam Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyıb, onunla hərbi saziş imzalamaq istəyir. Fransa kimi (çox zəif və özündən müştəbeh prezident Makron) ölkənidə erməni lobbisindən istifadə etməklə Dağlıq Qarabağı tanımağa çağırır." 

Rəsul Quliyev hesab edir ki, Ermənistan Fransanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırmaqla Rusiyanı müharibəyə cəlb etmək istəyir:

"Mən inanmıram ki, Fransa belə bir addım ata bilər. Dağlıq Qarabağı tanımaqla faktiki Ermənistan birbaşa Azərbaycana müharibə elan edir və müqavilədən istifadə edərək Rusiyanı bu müharibəyə cəlb etmək istəyir. Rusiya fikrimcə heç vaxt belə bir avantyuraya getməz. Digər tərəfdən isə Türkiyə Azərbaycanla hərbi müqavilə bağlamağa hazırdır. Eyni zamanda Türkiyə 1921-ci il Rusiya ilə bağladığı Qars müqaviləsindən hansı isə bir maddəyə əsaslanıb müharibəyə qoşula bilər. Paşinyan unudub ki, Naxçıvan Azərbaycanın bir hissəsidir. Azərbaycan Naxçıvanın sərhədlərini keçilməz qalaya çevirib. Raket kompleksləri ilə təchiz edilmiş Naxçıvandan Yerevana 1 saat ərzində (maksimum 80 km-lik bir məsafəyə) 100-lərlə ağır mərmilər yağdıra bilər. Bu zonada Rusiya heç vaxt Türkiyə ilə müharibə aparmağa risk etməz! Buna hər kəs əmin olsun. 
Birincisi Ermənistanda olan bazası çox qısa bir müddətdə məhv edilər, ikincisi Suriyada olan bütün bazaları dağıdılar, üçüncüsü isə Qara və Aralıq dənizində Rusların zəif dəniz donanması darmadağın olar. 

Ruslar belə bir ağılsız addımı atarsa Avropa və ABŞ onlara qarşı olacaq və NATO-nun üzvü Türkiyəni dəstəkləyəcək."

"Çıx xalqın qarşısına üzr istə və istefa ver"-Rəsul Quliyev 

"Reallıq budur cənab Paşinyan! Sən əgər həmişəki kimi erməni siyasətçilərin ağıldan kəm olduğunu sübut etmək istəyirsənsə bu addımı at. Aydındır ki, bu siyasətinlə sən hakimiyyətini saxlamaq istəyirsən. Bu mümkün deyildir. Erməni xalqı səninlə birlikdə qəbirə getmək fikirində deyildir! 

Xalqına xidmət etmək istəyirsənsə, qoşunlarınızı işğal etdiyiniz Azərbaycan torpaqlarından çıxart, çıx xalqın qarşısında üzr istə və istefa ver get! Azərbaycan heç bir erməninində Dağlıq Qarabağda burnunu qanatmayacaq. Dağlıq Qarabağdan qovulmuş azərbaycanlıları öz yerlərinə qaytaracaq və Dağlıq Qarabağda yaşayan hər bir azərbaycanlı ilə (milliyyətindən asılı olmadan) Ermənistanın iştirakı olmadan bu vilayətin statusunu müzakirə edəcək."

AnTV.az