Eks-spiker parlament seçkilərini şərh etdi

0
118

“Azərbaycan xalqı bu tipli diktatorlardan xilas olmağın yeganə yolu – onu istefaya göndərməkdə olduğunu qəbul etməlidir.”

AnTV.az xəbər verir ki, bunu Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev deyib.

Seçkidən öncə verdiyi açıqlamasında “Bu seçkilər Azərbaycanda yeni eranın startı ola bilər”  deyən R.Quliyev seçkidən sonrakı şərhində bunun baş vermədiyini əyani sübut edib.

Eks-spiker son seçkilərdən sonra hakimiyyətin ölkədə demokratik seçki keçirməsinə xalqın inamının qalmadığını bildirib:

“Azərbaycanda keçirilmiş parlament seçkiləri ölkənin aşağı səviyyəli avtorirat rejimli olduğunu sübuta yetirdi və bundan sonra bu hakimiyyətin azad seçkilər keçirə biləcəyinə inamı sıfıra çatdırdı. Ümumiyyətlə bu hökümətin nə üçün parlament seçkiləri keçirməsini nə Azərbaycanda, nə də xaricdə heç kim bu günə qədər anlaya bilmir. Əgər 99 % köhnə, saqqalları deputatlıqda ağarmış, heç bir təşəbbüsə malik olmayan, heç deputatın vəzifələrinin nə olduğunu bilməyənləri yenidən deputat təyin edəcəkdisə bu hoqqabazlıq kimə lazım idi. Nə üçün bu boş iş üçün pulları havaya sovurdular. Ümumiyyətlə, getdikcə büdcədə azalan pula qənaət etmək üçün konstitusiyada bu hakimiyyət dövründə deputatları heç bir seçkisiz prezident təyin edir maddəsi yazıb məsələni kardinal həll edərdiniz.
Hakimiyyətdə çox ehtimal reformist qüvvələr var. Hakimiyyətdə heç bir reformist qüvvənin olmadığına inanmaq mümkün deyildir. Ancaq bu qüvvənin konservativ qüvvədən zəif olduğuda göz qabağındadır. İstənilən diktator nə işğalçıdan, nə ölkəni yarım azad vəziyyətdə saxlayan böyük ölkələrdən qorxmur, onun qorxusu öz xalqının azad olmasındadır. Heç bir savadı olmayan belə azad insanın, qul insandan azı 5 dəfə yaxşı işlədiyini və ölkəni zənginləşdirdiyini bilir. Ancaq azad insanın onun rejiminə bir nömrəli təhlükə olduğunu da anlayır. Bir sözlə Azərbaycan xalqı bu tipli diktatorlardan xilas olmağın yeganə yolu -onu istefaya göndərməkdə olduğunu qəbul etməlidir.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin