Eks-spiker “Milli Şura”nın seçki bəyanatını sərt tənqid etdi: “…15-20 il bundan öncə qəbul etdikləri bəyanatları təkrarlaması ayıbdır”

0
569

25 ildir hər addım başı biabırçılıqla məğlub olan (sekilərin saxtalışdırlmasının qarşısını ala bilməmək onların məğlubiyətidir) bu təşkilatın yenidən 15-20 il bundan öncə qəbul etdikləri bəyanatları təkrarlaması ayıbdır.

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qrumun seçki bəyanatını şərh edərkən deyib.

Eks-spiker ilk öncə “Milli Şura” adlanan qurumun yarandığı illərdə böyük təşkilat kimi fəaliyyətə başlamasından, daha sonra bütün partiyaların istefa verib tək AXCP-nin ümidinə qalmasından danışıb:

“İctimai münasibətlərin əcaib formaları ilə məhşurlaşmış Azərbaycanda, özlərini “Milli Şura” adlandıran və gündə bir bəyanətlə çıxış edən bir təşkilat vardır. Bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir. “Milli Şura” Azərbaycan xalqını təmsil edirmiş kimi, çeynənmiş yalançı şüarlar işlətmək lazım deyil. “Milli Şura” yarananda (2012-2013 -cü illərdə) bu təşkilatı 10-dan çox konkret adı, ofisi olan partiyalar təşkil edirdilər. Bəs indi kimləri və hansı partiyaları təmsil edir bu “Milli Şura”? İndi ola bilər kimlərsə “Milli Şura” Xalq Cəbhəsini (ölkədə XC-i adı altında 3-4 partiya var, hansını) və ziyalıları təmsil edir iddiasında olsun. Qurumun rəhbərinin hansı Xalq Cəbhəsindən olduğunu bilirik. Bəs ziyalılar deyəndə nə nəzərdə tutulur. Sovet dövründə sovetlərin apardığı siyasətin şərhiçisi, H.Əliyev və İ.Əliyev dövründə onlara mədhiyə yazan, İranın cənubu Azərbaycan bölgəsi ilə əlaqədar 2-ci dünya müharibəsindən sonra tarix yox nağıl yazan bir adam bütün Azərbaycanın ziyalılarını təmsil edir fantaziyasını quraşdıranlar xəcalət çəkməlidirlər.”

R.Quliyev “Milli Şura”nın seçki bəyanatını da sərt tənqid edərək sözügedən bəyanatın “köhnə” olduğunu iddia edib:

“Erkən seçkilərin keçirilməsi ilə əlaqədar bu, heç kimi təmsil etməyən təşkilatın son bəyanatının müddəlarını oxuyanda bu insanların hansı səviyyədə reallıqdan uzaq olduqlarını görməmək mümkün deyildir. Demokratiya uğrunda avtoritar rejimlə mübarizə aparmaq istəyən (bu çox ağır işdir) aşağı səviyyəli təşkilat belə çeynənmiş frazalardan ibarət çızma qara yazmağa tələm tələsik başlamaz. 25 ildir hər addım başı biabırçılıqla məğlub olan (seçkilərin saxtalışdırlmasının qarşısını ala bilməmək onların məğlubiyyətidir) bu təşkilatın yenidən 15-20 il bundan öncə qəbul etdikləri bəyanatları təkrarlaması ayıbdır. Bir balaca düşüncə sahibi tələm tələsik tullanıb ortayan düşməz. Əvvəl proseslərin inkişaf istiqamətlərini hökümətin əhatəsindən öyrənməklə məşğul olar, onun əsasında analiz edər. Hökümətin nə edəcəyi barədə məlumatlar toplanandan sonra real, yəni təsir gücü olan bəyanat verər. Və bu məlumatları toplamaq çoxda çətin iş deyildir. Bunları düşünənlərin olmadığı bir təşkilat ancaq belə bəyanatlar verə bilər. Bu bəyanatınızla sizlər yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz. Və ya höküməti sövdələşməyə çağırırsınız. İçərinizdə sövdələşmə naminə indiki hökümətin siyasətini alğışlayacaq adamlarınız az deyildir.”

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin