Eks-spiker hakimiyyətə səsləndi: “tibb işçilərinin maaşı artırılmalıdır…”

0
84
Eks spiker Rəsul Quliyev

“Müharibənin birinci səddində dayanmış tibb işçilərinə verilən mükafatların həcmi ən azı 30 % artırılmalıdır.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev deyib.

Eks-spiker virusun ölkədə yayıldığı müddətdə hakimiyyətin əhaliyə edəcək sosial yardımı haqqında məsləhətlərini verib:

“Dünyada Koronavirusa yoluxanların sayının 3 milyona çatmasına baxmayaraq müəyyən stabilləşmə hiss olunur. Ölənlərin sayı azalır, müalicə olunanların sayı artır. Ancaq hələ ki, bu prosesi virus əleyhinə tam pozitiv hadisə saymaq olmaz. Azərbaycan höküməti ölkənin vətəndaşlarını bu bəladan qurtarmaq üçün səylərini dahada artırmalıdır.

İlk növbədə Dövlət büdcəsində yarana biləcək defisitdən qorxmamalıdır,post koronavirus dövründə aparılacaq istənilən fundamental reforma (əgər aparılsa) büdcənin bərpa edilməsini təmin edə bilər.

İkinci vətəndaşlara edilən köməyin adresatına çatmasını təmin etməlidir. Çinovniklərin çoxunun vəzifəsindən istifadə edən korrusioner və rüşvətxor olduğunu nəzərə alsaq onlar ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməyə çalışacaqlar.

3-cüsü müharibənin birinci səddində dayanmış tibb işçilərinə verilən mükafatların həcmi ən azı 30 % artırılmalıdır.”

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin