Eks-spiker: “Əlini Azərbaycan müxalifətindən üzmüş İlham Əliyev…”

0
274
Eks spiker Rəsul Quliyev

Eks-spiker Rəsul Quliyev özkəmizdə keçirilən parlament seçkiləri haqqında maraqlı fikir bildirib.

AnTV.az xəbər verir ki, ölkədə son keçirilən və ciddi saxtakarlıq faktları ilə yadda qalan seçkilər haqqında danışan eks-spiker bu seçkilərdən sonra İlham Əliyevin xalqla əlaqəsinin tamam bitdiyini düşünür:

“Yenidən seçkilər haqqinda: hansısa bir komandanın seçkiləri baykot etməsi yox, seçkilərdə aktiv mübarizə aparanların haqqlarının pozulması, son anda total saxtalaşdırma bu seçkiləri qeyri leqitimləşdirdi! Bu seçkilərin fonunda əlini Azərbaycan müxalifətindən üzmüş, “Əliyev rejimi onsuzda istədiyini edəcək” düşünən qərb demokratiyasında xalqa, müxalifətə qarşı müəyyən bir inam yarandı… Bizim vəzifəmiz yaranmış bu ümid közünü sönməyə imkan verməməkdir.

Hökümət total saxtalaşdırılmış dairələrdə seçkilərin nəticələrini ləğv etməklə leqitimliyi yenidən bərpa etməyə yol aça bilər. Gərək ki, haqları yeyilmiş namizədlər üzülmədən sona qədər öz haqları uğrunda mübarizə aparsın. Namizədlər əmin olmalıdırlar ki, onların münbarizəsinə beynəlxalq dəstək mütləq olacaqdır. Çünki qərb inistitutları prosesləri yetərincə izləyir və təhlil edir…”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin