Eks-spiker “Dəyirmi masa”nı dəyərləndirib

0
317
Eks spiker Rəsul Quliyev

“Nə üçün bu iclas keçirilib hələki anlamaq mümkün deyildir.”

AnTV.az xəbər verir ki, bu sözləriAzərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev Müsavat Partiyasının mənzil-qərargahında keçirilən “Dəyirmi masa”nı şərh edərkən bildirib.

O, bu iclası müsbət qiymətləndirərək tədbirdəki yalnış və doğru addımları diqqətə çatdırıb:

“Bu gün Musavat Partiyasında bir sıra müxalifət fikirli adamların görüşü keçirilib. Bu təqdirə layiqdir. Ancaq bu görüşün məqsədinin nə olmasını oxuduğum materiallardan, edilən çıxışlardan başa düşə bilmədim. Orada “ölkədə dəyişiklik etmək xalqın sifarişidir” kimi pafoslu analiz var. Belə bir sifarişin olmasını necə müəyyənləşdiriblər bilinmir, heç bir sorqu ilə, heç bir rəqəmlərlə bu sifarişin mövcudluğu sənədləşdirilmiyib. Söhbət camaatın küçələrdə, evlərində “belə yaşamaq mümkün deyildir, buna dözmək olmaz” kimi etirazlarından gedirsə Sovet dövründədə belə etirazlar mövcud idi, indidən fərqli olaraq o dövrdə iclaslarda fəhlələr höküməti , öz rəhbərlərini təhqir səviyyəsində tənqid edirdilər. Bu sifariş deyil, narazılıqdır. “Xalqın hamısı işğal olunmuş torpaqlarımızın azad olunmasını istəyir” bu sifarişdir ancaq hökümətə verilən sifarişdir. Yəni “müharibəsiz torpaqları azad et” sifarişidir. İclasda ilk əvvəl xalqın sifarişinin (əgər belə bir sifarişin olmasına inanırsınızsa) maddələrini sıra ilə yazmaq lazımdır. Sonra onları həll etməyin konsepsiyasını formalaşdırıb xalqın müzakirəsinə çıxarılmalı və sifarişin xalqdan gəldiyi təsdiqlənməlidir. Təəssüf ki bunların heç biri yoxdur. Nə üçün bu iclas keçirilibi hələki anlamaq mümkün deyildir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin