Eks-spiker baş tutmayan mitinqdən danışdı: “Məşədi İbad… Sərvər…”

0
742

“Növbəti xalqın qalxması və onun qarşısını almağın mümkün olmayacağı elanı hökümət icazə verəndən sonra olacaq, həmişə olduğu kimi.”

AnTV.az xəbər verir ki, bu sözləriAzərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev baş tutmayan mitinq barədə danışarkən deyib.

O, 19 oktyabr mitinqini “O olmasın, bu olsun” əsərinin ssenarisinə bənzədib.

“Azərbaycan Xalq Cəhbəsi Partiyası və onun yamağı “Milli Şura”-nın birinci mitinqlərində dahi Üzeyir bəyin Məşdibad (“O olmasın bu olsun”) əsərindən bir parçanı tamaşaçılara göstərməsi sonrakı mitinqdə Molla Nəsrəddinin lətifələrindən istifadə edib. 1988-90-cı illərdə Əbülfəz bəy mitinqdə iştirak etməmişdən öncə başqa bir, heç kimin tanımadığı evdə gecələyirdi, sabahısı gizli yollarla gəlib tribunada peyda olurdu. Bu dəfə mitinqin təşkilatçısı eynən Məşdibadın pulla tutduğu qoçunun rolunu oynayır. O, qorxduğundan hamıya, xüsusilə polisə öz evindən necə mitinqə gedəcəyini izah edir, başqa sözlə onlara “ey orda kimsən çıx bayıra gəlim səni öldürüm” mesajını göndərir. Məşdibadda Sərvər dostları ilə birlikdə polis fitindən istifadə edib onları qaçırdır, burada isə onun qolundan tutan kimi ətrafındakılar dağılır, özü isə sakitcə maşına minib gedir. Sonradan “ölənə qədər döyüblər, həkim mənə arayış da verib” elan edir, ancaq bu adamları məhkəməyə vermir.”

Daha sonra eks-spiker bildirir:

“Bu dəfədəki ssenaridə evindən acıq edib getmiş, bir də dönməyəcəyini elan etmiş Molla Nəsrəddinin evinə qayıtmasını necə izah etdiyini bilməlisiniz, bilmirsinizsə gedin oxuyun. Xalq ayağa qalxıb, onu dayandırmağın mümkün olmayacağından alovlu danışanın alovunu söndürmək üçün AXCP-nin yamağının onunla birlikdə ona yazdığı müraciət olmuşdur. Bu insanların Azərbaycan xalqının iradəsini, əzmini necə tapdaladıqlarını, milləti necə mütiləşdirdiklərindən xəbərləri yoxdur və ya yaxşə əsərlərin pis ifaçılarıdır. Növbəti xalqın qalxması və onun qarşısını almağın mümkün olmayacağı elanı hökümət icazə verəndən sonra olacaq, həmişə olduğu kimi. Artıq onlar cızıqlarından çıxmayacaq, hökümətin yazdığı ssenari ilə oynayacaqlar.”

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin