Eks-spiker Azərbaycanın tarixi mitinqlərindən yazdı: “Ay millət ayıl!”

0
2655
Rəsul Quliyev

“Biz azərbaycanlılar qəflət yuxusundan ayılana oxşamırıq.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev sosial şəbəkə hesabında Azərbaycanda 1988-ci ildə keçirilən mitinqlərdən danışarkən deyib.

R.Quliyev ilk öncə 1989-cu ildə Çexiyada keçirilən mitinqlərdən sonra sözügedən ölkədə baş verən dəyişikliklərdən söz açıb:

“30 il bundan öncə, yəni 1989-cu ildə Çexiya (Slovakiya ilə birlikdə) yarım milyonluq davamlı mitinqdən sonra bir partiyalı seçkiləri ləğv etdi, demokratik və azad seçkilərə başladı. İlk prezident dissident Havel seçildi. 1993-cü ildə dinc yolla Slovakiyadan ayrılan Çexiya konstitusiya ilə parlament respublikası adlandırıldı və 4 ildən bir çox partiyalı sistemlə seçkilər keçirildi. Ərazisi 79 min kvadrat kilometr (Azərbaycan 87 min,real 60 min) əhalisi 10 milion (Azərbaycan 10 milion) olan neft və qaz sərvətinin sıfır olduğu Çexiya sovet sistemindən Azərbaycanla eyni vaxtda eyni iqtisadi, finans göstəriciləri ilə ayrıldı, müstəqil inkişafın nəticəsində bu gün Çexiya Azərbaycandan 10 dəfə çox məhsul istehsal edir, əhalinin yaşayış səviyyəsi azı 6 dəfə yuxarıdır. Azərbaycanın balansından (Çexiyada olmayan) ildə 30 milyon ton nefti və 16 milyard kub metr qazı çıxsaq azərbaycanlıların bu günkü acınacaqlı vəziyyətini təsvir etmək mümkün olmaz.”

Çexiya. 1989

Daha sonra görkəmli siyasətçi 1988-ci ildə Azərbaycanda keçirilən yarımmilyonluq mitinqlərdən danışıb:

“1988-ci ildə Bakıda da 500 minlik mitinqlər keçirilirdi. O mitinqlərdə çıxış edənlər, demokratiya, çox partiyalı seçkilərdən yox erməniləri hədələmək və bütün Ermənistanın bizimki olduğunu elan etmək və o torpaqların hamısını geri qaytaracağıqı elan edirdilər. Çixişçıların bir hissəsidə bizim sərvətlərimizin əlimizdən alındığını, əgər nefti özümüzə qaytarsaydılar indi Azərbaycanın ərazisi 5 sm qızılla örtülmüşdü kimi fəryadlar edir və mitinqdə iştirak edənlərin neft qaytarılacaq , işləmək lazım olmayacaq yeyib içib keyfə qoyacağıb arzularında ağızları sulanırdı.”

Azərbaycan 1988

Sonda R.Quliyev ölkənin hazırki acınacaqlı durumuna belə şərh verib:

“Biz azərbaycanlılar qəflət yuxusundan ayılana oxşamırıq. İndidə gözümüzü neftə dikib ağzımızı sulandırırıq. Alimi küllülərin biri hökümət 47 milyard (xalqın reaksiyasını görməyib) o birisi 100 milyard dollar neftdən pul oğurlayıb , yəni a millət biz hakimiyyətə gəlib o pulları ( olmayan və ya qaytarılması mümkün olmayan, İran inqilabından sonra Xomeynidə Şahın oğurladığı 100 milyardı qaytaracağından və ümumiyyətlə bundan sonra xalq yağ bal içərisində yaqşayacaqından dəm vururdu, hanı o pullar) qaytaracağıq cənnətdə yaşayacaqsınız. Ay millət ayıl.

Rəhmətlik M.Ə.Sabirin Xarici göyə balonlarla çıxır, biz hələ avtomobil minməyirik keyfiyyətinə görə nəhayət xəcalət çəkək. Mən 24 ildir,demokratiya olmasa, insanlara azadlıq verilməsə heç bir neft, qaz bizi xilas edə bilməzi sübuta yetirirəm ancaq xeyri yoxdur. Dövlətçilikdən heç bir xəbəri olmayanlar sizi həmişə şirin xəyallarla qəflət yuxusunda olmanıza çalışacaqlar. Bax Çexiyaya və çıxış yolunun nədə olduğunu anla.”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin