Eks spiker ABŞ prezidentinin xalqına verdiyi hesabatı şərh etdi: Azərbaycanı Venesueladan daha ağır günlər gözləyir…

0
443

Fevral ayının 5-ində ABŞ prezidenti Donald Tramp “Ağ Ev”-də konqres və hökümət üzvlərinin qarşısında illik hesabat verib. 

AnTV.az xəbər verir ki, bu barədə eks spiker Rəsul Quliyev öz sosial şəbəkə hesabında məlumat verib. Eks spiker bildirib ki, bu ilk belə hesabat deyil. Belə ki, 1789-cu ildən etibarən 230 ildir ki, yeni ilin başlanğıcında prezidentlər belə hesabatlar verməyə məcburdular.

5 Fevralda Konqres , Ağ Ev və hökümət üzvləri, hərbçilər, top generallar və dəvət edilənlərin qarşısında Prezident Tramp Amerika xalqı qarşısında gördüyü işlərin hesabatını verdi və hansı işləri görəcəyini açıqladı. Prezidentin Konqres qarşısında ildə bir dəfə çıxış etməsi 1789-cu ildə ölkənin ilk prezidenti Vaşinqtonun çıxışından başlayaraq bu günə qədər davam edir, yəni 230 ildir ki, bir dəfədə pozulmayıb.”

Eks spikerin bildirdiyinə görə, Trampın 90 dəqiqəlik çıxışında ölkəsində və dünyada baş verən prosesləri analiz edərək qarşıdakı 10 ildə Amerikanın daha da böyüyəcəyini, hegomonluğunu davam etdirəcəyini öz sözləri ilə sübut edib.

Trampın 90 dəqiqəyə yaxın tarixi çıxışı həm ölkə daxilində , həm də dünyada gedən proseslərin dərin analizi ilə çox güclü təsir bağışladı. Tramp bir daha yaxın on illərdə Amerikanın dünyadakı hegemon rolunun nəinki azalmayacağını əksinə artacağını real faktlarla göstərdi.”

R. Quliyev qeyd edib ki, Tramp həmçinin, son günlər gündəmin əsas mövzusu olan Venesuelada cərəyan edən proseslər barədə də danışıb:

O cənubi Amerikanın ən varlı dövləti olan Venesuelanın vətəndaşlarının (eynilə Azərbaycandakı kimi) diktator tərəfindən sosializm qurmaq cəhdilə necə faciəli vəziyyətə salındığını xüsusi qeyd etdi.”

Eks spiker ABŞ hökümətinin əhalisinin bütün azadlıqlarını təmin etməsini xüsusi vurğulayaraq əksər ABŞ prezidentləri kimi Trampın da sosializm təfəkküründən uzaq idarəçiliyinə malik olduğunu xatırladıb:

O ABŞ insanların tam azadlığının fundamenti üzərində yaradıldılıb. Hökümətin heç vaxt insanlara necə yaşamaq lazımdırı diktə etməyəcəyi prinsiplərinin hegemonluğunu qəbul edib. Yəni ölkənin heç vaxt sosializm (yəni insanların həyatına hökümətin müdaxilə etməsi) qəbul etməyəcəyini qeyd etdi.”

Müəllif sonda Venesueladakı sosialist idarəçiliyə malik olan diktatura rejimi ilə Azərbaycandakı hakimiyyəti müqayisə edərək bu iki ölkə arasındakı oxşarlığdan da söz açıb:

Venesuela sosializmi insanları acından öldürür. Korrupsiya və rüşvətin vüsət aldığı Azərbaycanı Venesueladan daha ağır günlər gözləyir.”

Yaxın keçmişi unutmayanlar çox gözəl xatırlayar ki, eks-spiker Rəsul Quliyevin Milli Məclisin sədri olduğu dövrdə parlamentdə Dövlət Büdcəsinin müzakirəsi zamanı etdiyi çıxışında demokratiya ilə diktatorluğun fərqini də izah etmiş, ölkədə demokratiyanın qurulmasının yollarını millət vəkillərinə izah etmişdi:  “Nədir bu demokratiya yolu? Demokratiya yolu oondan ibarətdir ki , biz rəhbərlik etməməliyik bu insanlara? Biz səhərdən axşama qədər düşünməliyik ki, necə şərait yaradaq ki, bu nəzərdə tutduqlarımıza nail ola bilək. Belə bir məhsuldarlığı, belə bir işi ancaq azad insan həyata keçirə bilər…”

Rəsul Quliyevin sözügedən paylaşımını olduğu kimi təqdim edirik:

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin