Eks-prezidentin evinə bomba bağlaması göndərilib

0
46

ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klintonun yaşadığı evə içində partlayıcı olan bağlama göndərilib.

AnTv.az Qərb mətbuatına istinadən xəbər verir ki,  partlayıcı maddəni poçtu və bağlamarı çeşidləyən işçi aşkarlayıb. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın da evinə partlayıcı qurğu göndərilib.

Belə ki, həmin partlayıcı qurğular milyarder Corc Sorosun poçt yeşiyində tapılanlara bənzəyir. Hələlik bu hadisələr arasında əlaqə olub-olmadığı bəlli deyil. Hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırma aparır.

Qeyd edək ki, CNN telekanalının Nyu-Yorkdakı ofisinin əməkdaşları da təxliyyə olunub. Bu haqda  telekanalın əməkdaşı Erik Levinson “Twitter”dəki səhifəsində yazıb: “Hazırda CNN-in Nyu-York ofisində təxliyyə həyata keçirilir. Ətraf polislə doludur”.

Xatırladaq ki, telekanalın jurnalistləri Poppi Harlou və Cim Sayato canlı yayımı küçədə davam etdirmək məcburiyyətində qalıblar.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin