“Əgər işləyənlər 26 % yox, 50 % versə, pensiyalar iki dəfə artacaq” – SAHİL BABAYEV

0
110

“Bütün ölkələrdə pensiya yaşı artırılır, azaldılmır. Avropa ölkələrində artıq  pensiya yaşı 67-69-a qaldırılıb”.

AnTv.az-ın xəbərinə görə, bu haqda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  açıqlamasında bildirib.  O, qeyd edib ki, normalda pensiya müddəti 12 il olmalıdır. Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır, onlar 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər: “Bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur. Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.

Gülnaz Qənbərli

AnTv.az       

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin