Əfv Məsələləri Komissiyası bu gün növbəti iclasa toplaşır

0
29

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

AnTV.az xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılması nəzərdə tutulub.

Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir. Komissiyanın ötən iki iclasında 200-ə qədər müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.

Yusif İsayev 

AnTV.az 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin