Əbülfəz Sadıqovun son məhkəmə prosesi keçiriləcək

0
51

Sabah, saat 11:30-da Qaradağ rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqovun son məhkəmə prosesi keçiriləcək.

AnTV.az xəbər verir ki, 2018-ci il noyabrın ayının 21-də saxlanılan Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə ittiham olunur. İttihama görə, o, kreditlə aldığı “Niva” markalı maşına görə banka borclu qaldığı 5100 manatın banka tam ödənilməsi barədə saxta arayış düzəldib. Həmin arayışı DYP-yə verib, maşını girovluqdan çıxarıb öz adına keçirib, sonra da satıb.

Müsavatçının qardaşı Vasiq Sadıqbəyli isə həbsin siyasi motivli olduğunu bildirib: “Qardaşımın 2 il əvvəl aldığı avtomobil kreditdə olub, amma sonra “Nikol Bank”dan kreditin ödənilməsi barədə sənəd alıb. Maşını alandan 3-4 ay sonra satıb və DYP də bununla bağlı sənədləri təsdiqləyib.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin