Əbülfət Rzayev “Bandotdel”ə rəis təyin edildi…

0
365
Əbülfət Rzayev

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

AnTV.az etibarlı mənbələrə istinadən xəbər verir ki, yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında “Bandotdel” kimi məşhurlaşan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini təyin edilib.

Son olaraq onu da qeyd edək ki, Əbülfət Rzayev peşəkar polis zabiti kimi tanınır. Əslən Naxçıvanın Ordubad rayonundan olan Əbülfət Rzayev buna qədər Şəki şəhər Polis İdarəsinin və Nəsimi rayon Polis İdarəsinin rəisi olub.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin