ABŞ türkiyəli məmurlar barəsindəki sanksiyanı aradan qaldırıb

0
12

ABŞ Maliyyə Nazirliyi Türkiyə XİN rəhbəri Süleyman Soylu və Ədliyyə Nazirliyinin rəhbəri Abdulhamid Gülün barəsində sanksiyaları aradan qaldırıb.

AnTv.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara analoji addımla cavab verərək, ABŞ hökumətinin iki üzvünün barəsində məhdudiyyətin ləğvini bəyan edib.

“ABŞ Maliyyə Nazirliyinin qərarına cavab addımı olaraq ABŞ-ın ədliyyə naziri Ceff Seşns və daxili təhlükəsizlik naziri Kirsten Nilsenin barəsində sanksiya ləğv edilib”, – Türkiyə XİN mətbuat katibi Hami Aksoy bildirib.

Qeyd edək ki, H.Aksoy xatırladıb ki, Türkiyə ABŞ Maliyyə Nazirliyinin bu il 1 avqust tarixli qərarına cavab olaraq Amerika hökumətinin iki üzvünə qarşı sanksiya tətbiq etmişdi.

Xatırladaq ki, iki ölkə arasındakı münasibətlərdə yaranmış gərginlik Türkiyədə terrorçularla əlaqədə ittiham olunan amerikalı rahib Endrü Kreyq Bransonun işi ilə bağlı idi.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin