Dünyada koronavirusa yoluxanların sayı 234 min nəfərə çatdı

0
4

Dünyada COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 234 min nəfərə çatıb.

AnTV.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Qeyd edilir ki, koronavirusdan demək olar ki, 10 min nəfər ölüb.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus 210 min xəstənin olduğunu bildirib.

ÜST-ün son məlumatına görə, xəstələrin ümumi sayı 234 073 nəfərə çatıb. Yoluxma hallarının əksəriyyəti Avropada (ümumilikdə 104 min) qeydə alınıb. Həmçinin 9 840 ölüm hadisəsi haqqında bildirilir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin