Donald Trump Azərbaycandakı səfir postuna yeni namizəd irəli sürüb

0
715

ABŞ prezidenti Donald Trump Earle D. Litzenberger-in Azərbaycana səfir postuna namizədliyini irəli sürüb.

D.Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. O, Xarici Xidmətdə çalışarkən Almaniyanın Marshall Fondunun aparıcı əməkdaşı, Birləşmiş Ştatların NATO-dakı missiyasının rəhbər müavini olub.Bundan başqa Litzenberger NATO-nun Əfqanıstanda aparıcı mülki təmsilçisinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyində missiya rəhbərinin müavini, Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini kimi çalışıb. Bakalavr təhsilini Middlebury College-də və magistr təhsilini Army War College-də alıb. Fransız, rus, serb və bolqar dillərini bilir. Litzenberger həmçinin Matilda W. Sinclaire Language mükafatı ilə təltif olunanlar sırasındadır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin