Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

0
13

ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan 250 milyard dollarlıq malın gömrük tariflərinin oktyabrın 1-dən etibarən 25 faizdən 30 faizə qaldırılacağını elan edib.

AnTV.az “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların bu addımı Çinin ABŞ-dan gətirilən 75 milyard dollarlıq məhsulun rüsumlarının 10 faizədək artırılması barədə avqustun 23-də qəbul etdiyi qərara cavab xarakteri daşıyır.

Bundan başqa, ABŞ sentyabrın 1-dən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10 faiz rüsum tətbiq olunması barədə bir müddət əvvəl açıqladığı qərarına da dəyişiklik edərək, rüsumu 15 faizə qaldırıb.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin