Donald Tramp: “ABŞ İraqın infrastrukturuna milyardlarla dollar xərcləyib”

0
4

ABŞ hərbi qüvvələrini İraq ərazisindən çıxararsa, bu ölkə ərazisində tikdikləri hərbi baza və səfirlik binaları üçün təzminat tələb edəcək.

AnTV.az xəbər verir ki, bu barədə “Fox News”a müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

O, İraqın infrastrukturuna milyardlarla dollar vəsait sərf etdiklərini, bu xərclərin ödənilməsinin vacibliyini dilə gətirib.

D.Tramp həmçinin İraqa məxsus 35 milyard dollaradək maliyyə vəsaitlərinin ABŞ banklarında yerləşdirildiyini də xatırladıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin