Deputatlığa namizədlər yenidən MSK qarşısında toplaşır

0
85
Xəbər verdiyimiz kimi Mərkəzi Seçki Komissiyası 8 saylı Binəqədi birinci seçki dairəsindən olan şikayətlərə baxılması üçün Dairə Seçki Komisiyasına göndərmişdi.
AnTV.az xəbər verir ki, dünən DSK-da baş tutan iclasda dairədə keçirilən seçkilərdə hər hansısa qanun pozuntusunun olmadığı haqqında qərar qəbul edilmişdi.
Bu gün saat 15:00-da sözügedən dairənin namizədləri İbrahimov Ağasif Şakir oğlu, Cəfərova Nərminə Şaban qızı, Əhmədova Nazilə Süleyman qızı, Məmmədxanlı Xəyal Xasay oğlu və Rəhimov Rüfət Salman oğlu MSK-nın qarşısında toplaşaraq DSK-nın qəbul etdiyi qanunsuz qərara etiraz edir.
Onlar DSK-nın qərarına etiraz edir, bir daha MSK-a şikayət edəcəklərini bildiriblər.
Mediaya açıqlama verən namizədlər 8 saylı Binəqədi seçki dairəsinin nəticələrinin ləğvini tələb ediblər.
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin