Deputatın avtomobili yaxınlığında güclü partlayış – Ölənlər var

0
9

Somalidə ölümlə nəticələnən güclü partlayış baş verib.

AnTV.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtı Moqadişodakı hadisə sözügedən ölkənin deputatı Əbdüqadir Arabounun avtomobili yaxınlığında baş verib.

Yerli mətbuatın yazdığına görə, partlayış nəticəsində deputatın sürücüsü və mühafizəçisi ölüb. Deputatın isə vəziyyətinin yaxşı olduğu və xəsarət almadığı deyilir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin