Deputat yenə bu cür DANIŞDI

0
184

Deputat: “Mən gördüyümü deyirəm, Salyanda müxalifət yoxdur”.

AnTV.az xəbər verir ki, Deputat Əliağa Hüseynov Salyanda müxalifətin olmadığını bildirib: “Mən gördüyümü, bildiyimi deyirəm. Allah hamısının canını sağ eləsin. Ürəkləri nə istəyir yazırlar. Qoy etsinlər. Onsuzda insanlar öyrəşiblər. Onlar həqiqəti eşitmək istəmirlərsə, nə edə bilərəm. Mən Salyanda müxalifətçi görməmişəm, yoxdur! Artıq sözümü demişəm”. Əliağa Hüseynov həmçinin sahibi olduğu restoranda vergi müfəttişlərinin yoxlama aparması bağlı iddiaları da cavablandırıb:

“Onu Vergilər Nazirliyindən öyrənin. Həmin restoranın sahibi mən deyiləm. Mənə nə aidiyyatı var ki? Şəxsən mənlik bir şey yoxdur”.

Qeyd edək ki, ötən gün Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşən “Atlantis” şadlıq sarayında vergi yoxlaması aparılıb. Obyektin sahibinin Salyanın deputatı Əliağa Hüseynov olduğu bildirilir.

Onu da xatırladaq ki, deputatın Salyanda müxalifət olmaması ilə açıqlaması tənqid olunub.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin