Deputat: “Mən Elman Rüstəmovun əleyhinə səs verdim”

0
4

“Mən Elman Rüstəmovun əleyhinə səs verdim”

AnTV.az “Musavat.com”-a istinadən xəbər verir ki, Hökumətin hesabatının Milli Məclisdə davam edən müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev Mərkəzi Bankın İdarə Heyətinin sədrinin əleyhinə səs verən yeganə deputat olduğunu vurğuladı:

“Mən Elman Rüstəmovun əleyhinə səs verdim. Ona görə ki, Elman müəllim hesab edir ki, Mərkəzi Bankın işi yalnız manatın kursunu sabit saxlamaqdan ibarətdir. Ancaq Mərkəzi Bankın yeganə vəzifəsi manatın məzənnəsinin sabit saxlanılması deyil. Mərkəzi Bank sahibkarların ucuz kreditlərə çıxışını da təmin etməlidir. Bu gün aşaği faizlə kreditlər verilməlidir”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin