Deputat: “Makron erməni soyadı götürsə, təəccüblənməyin”

0
6

Bu gün Azərbaycan işğal altındakı torpaqlarının işğaldan azad edilməsi üçün hər hansı beynəlxalq təşkilatın, xüsusən də ATƏT Minsk qrupu həmsədrlərinin mövqeyini gözləməməlidir.

AnTV.az xəbər verir ki, bunu açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan heç bir beynəlxalq aləmi gözləmədən topraqlarının azad olunması üçün uğurlu hərbi əməliyyat həyata keçirməlidir.

“Ermənilər anlamalıdır ki, bu torpaqları əvvəl-axır işğaldan azad olunacaq.  Ən azından Ermənistan Dağlıq Qarabağda yaşayan ermənilərin gələcək taleyini düşünüb  danışıqlar masasına əyləşməlidir. İrəvan nə qədər gec deyil  Dağlıq Qarabağda yaşayan ermənilərin  Azərbaycan vətəndaşı kimi, bu ölkənin hüquqlarından maksimum yararlanması üçün güzəştə gedib, masada oturmalıdır. Bunun üçün də Azərbaycan  Ermənistanı danışıqlar masasına oturtmağa vadar etmənin yolunu tapmalıdır. Erməniləri danışıqlar masasına oturtmağın yeganə yolu da uğrulu hərbi əməliyytadan keçir”, – F.Mustafa deyib.
O, əlavə edib ki, Azərbaycan beynəlxalq aləmi xəbərdarlıq etməlidir:

“ Ancaq ATƏT Minsk qrupu həmsdərlərini xəbərdar etməyin də mənası yoxdur.  Onlar Ermənistanı dəstəkləyən  bir qurumdur. Xüsusən də həmsdər ölkə olan Fransanın  başıbəlalı prezidenti Emanuel Makron.  Makron çox güman ki, yaxın zamanlarda emrəni familiyasını daşıyacaq.  Əgər o belə bir addım atarsa, təəccüblənməyə dəyməz. O baxımdan da ATƏT MQ-nin nə düşünməsi biz maraqlandırmamalıdır. Bizim topraqlarımızı azad etmək üçün başqa yolumuz qalmır”.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin