Deputat: “Ermənilər ağıllarını itiriblər”

“Ermənilər lap ağırllarını itiriblər. Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyir və faktiki işğalı boynuna alır, həyat yoldaşı Anna Akopyan daha bir az irəli gedərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı işğal altındakı torpaqlarda muğama “qulaq asmağa” dəvət edir”.

AnTV.az xəbər verir ki, Milli Məclisin deputatı Adil Əliyev bu təklifə sərt münasibət bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif dövlət başçılarının iştirak etdiyi beynəlxalq konfransda “Qarabağ Azərbaycandır!” deməklə Paşinyana tutarlı cavab verdi. Onun həyat yoldaşına da cavabımız bəllidir: “Muğama Sizin “dəvətiniz” olmadan da Qarabağda qulaq asacağımız günə çox qalmayıb””.

 

AnTV.az