Deputat Aqil Abbas Qüdrət Şükürovla bağlı Maliyyə Nazirliyini sərt ittiham etdi

0
2359
Qüdrət Şükürov

Deputat Aqil Abbas Qüdrət Şükürovun mənimsədiyi məbləğ haqda olduqca ilginc açıqlama verib. Deputat  big.az-a deyib ki, Qüdrət Şükürov işdən çıxarılandan sonra yol verdiyi qanun pozuntuları araşdırılır:

Aqil Abbas: “Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Aparatından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar. Məncə, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməzliyidir”.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin